{cloudstag}

SNOM D712

Qiymət: 254 ₼
*ƏDV-siz göstərilmişdir

2001-ci ildə dünyanın ilk IP telefonunu istehsal edən Snom Technologies GmbH, artıq Azərbaycan bazarında öz sözünü deməyə başlayıb. Avropada, ABŞ-da və Yaxın Şərq ölkələrində çox geniş şəkildə təmsil olunan Snom şirkətimizlə rəsmi tərəfdaşlıq edir.
Əgər, məşhur Alman keyfiyyətindən danışırıqsa, Snom buna bəlkə də ən uyğun nümunələrdən biridir. Sənayedə ən az defekt çıxma ehtimalı - təxminən 0,2% Snoma aiddir. Cihazların hər birinin minimum problemsiz işləmə limiti 333 min saata bərabərdir. Snom şirkəti 3 böyük elmi-tədqiqat araşdırma mərkəzinə və eyni zamanda səs testi laboratoriyasına sahibdir. Təltif edildikləri mükafatların çoxluğu bu avadanlıqların keyfiyyəti, dayanıqlığı və təhlükəsizliyindən xəbər verir. Şirkətin müvəffəqiyyətləri sənaye mütəxəssisləri tərəfindən mütəmadi olaraq vurğulanır. Snom 2000-ci ildə CeBIT-də "Show Best" mükafatına layiq görülüb. 2003-cü ildən etibarən isə şirkətin məhsulları mütəmadi olaraq "Internet Telephony" nominasiyasında TOP-100-də iştirak edir və bir çox modelləri "İlin məhsulu" adını qazanır. Snom şirkəti 3 böyük elmi-tədqiqat araşdırma mərkəzinə və eyni zamanda səs testi laboratoriyasına sahibdir.
D712, müxtəlif iş ssenarilərində istifadə edilmək üzrə kiçik və ya böyük miqyaslı şirkətlər üçün ən yeni tam xüsusiyyətli masaüstü IP telefonudur. Zənglərin vizual xəbərdarlığı üçün dörd sip identifikatorunu və beş proqramlaşdırılabilən düyməni dəstəkləyən daxili LED-ləri, rahat istifadə, yüksək məhsuldarlıq, sərfəli qiymət və zərif dizaynı D712 özündə birləşdirir.

Əsas xüsusiyyətləri
  • Zərif dizayn
  • Arxa işıqlı dörd xəttli ekran
  • IPv6
  • 4 kontekstə həssas funksiyalı düymələr
  • USB portu ilə təchiz edilmiş qidalanma
  • LED'li 5 sərbəst proqramlaşdırılan funksiyanal düymələr
  • HD səs sistemi
  • Səsgücləndirici
  • Ethernet (PoE) qidalanma
  • Ethernet kommutator
  • XML Minibrowser
Ümumi məlumat
  • Ölçülər 205x185x200/220 mm
  • Sertifikat FCC Class B, CE işarəsi
  • Təhlükəsizlik: IEC 60950-1: 2007
  • Ethernet: 2 x 10/100 Mbit/san
  • 1 x LAN, 1 x PC: RJ 45
  • Telefon aparatı: konnektor 4P4C
  • Qulaqlıq: (simli) 4P4C konnektor; Snom EHS Advanced vasitəsilə simsiz rabitə
  • Rəng: Qara
İstifadəçi interfeysi
  • Dörd sətrli ekran, BW, 128 x 48 piksel
  • 5 sərbəst proqramlaşdırılan düymələr, 4 dəyişkən funksional düymələr
  • Rahat və intuitiv menyu quruluşu
  • Lokallaşdırma (dil, vaxt)
  • LED vasitəsi ilə çağırış göstəricisi
  • Zəng melodiyaları, VİP melodiyalar
  • Buraxılmış, gözlədilmiş və saxlanılmış zənglər üçün LED göstəricilər
  • Mikrofon və səsucaldan
  • Zəng vaxtı (zəng müddəti)
Telefonun funksiyaları
  • Gələn və çıxan zənglərin kataloqu
  • Zəngin tamamlanması (məşğul / əlçatmaz)
  • Zəng edən abunəçinin identifikasiyası
  • Zəng gözləntisi
  • Avtomatik cavab
  • Saxlamaq
  • Eyni anda 4 zəngin işlənməsi
  • Zəngin yönləndirilməsi
  • Üçtərəfli konfrans rabitəsi
  • Klaviaturanın bloklanması
  • DND mode ("Narahat etmə" rejimi)
Veb Server
  • HTTP/HTTPS server
  • Uzaq konfiqurasiya/konfiqurasiya
  • Veb-interfeysdən zəng etmək
  • Şifrə qoruması
  • Diaqnostika (traslaşdırma, jurnal aparma, sistem jurnalı)
Təhlükəsizlik, xidmət keyfiyyəti
  • HTTPS-Server/-Client
  • Nəqliyyat səviyyəsi təhlükəsizliyi (TLS)
  • SRTP (RFC3711), SIPS, RTCP
  • VLAN (802.1X IEEE)
  • LLDP-MED, RTCP-XR
  • VPN
Kodeks və səslər
  • Geniş zolaqlı audio
  • G.711 A-law, μ-law
  • G.722 (geniş zolaqlı)
  • G.726, G.729AB, GSM 6.10 (FR)
  • Rahat səs-küy generatoru
  • Səs aktivliyinin aşkarlanması (VAD)
Quraşdırma
  • Proqram təminatının avtomatik yenilənməsi
  • Parametrlərin HTTP/HTTPS/TFTP vasitəsilə avtomatik yüklənməsi
  • Veb interfeysi vasitəsilə tam quraşdırılır
  • TR-069/TR-111 uzaqdan idarəetmə
  • Statik IP, DHCP dəstəyi
  • NTP