VirtualATS-i necə əldə etmək olar?

VirtualATS xidmətinə qoşulmağı asanlaşdırmaq və sürətləndirmək məqsədi ilə qoşulma prosedurunu 3 addımda reallaşdırırıq. Məlumat üçün bildirək ki, ən sürətli qoşulmamız 20 dəqiqədən az zaman almışdır. :)

Qoşulma üçün İLK MÜRACİƏT

Qoşulma üçün ilk müraciətdə əməkdaşlarımız Sizə xidmət üçün tələb olunan nömrə, avadanlıqlar, İVR üçün səs yazılması, şəbəkənizin uyğunluğuna və uyğun VirtualATS tarifinə dair məsləhətlər təqdim edəcəklər.

Bu addımın yekünunda artıq müqaviləyə imza atmağın zamanı gəlir.

MÜQAVİLƏ və ya online alış

Müştərilərimizin rahatlığı üçün xidmət kağız və ya oferta müqaviləsi çərçivəsində təqdim olunur. Müqavilə şərtlərinə əsasən müştəridən əvvəlcədən ödəniş tələb olunur.


Bu addımın yekünunda artıq xidmətin qoşulmasına başlanır.

VİRTUALATS-in quraşdırılması

VirtualATS idarəetmə sistemində əsas nömrələrin, daxili nömrələrin, səsli salamlaşma, menuların və IP telefonların quraşdırılmasına başlanılır.


Bu addımın yekünunda müştəri artıq VirtualATS üzərindən zəngləri qəbul etməyə başlayır.