SNOM D725

SNOM D725

12 SİP xəttini dəstəkləməsi və özündə 18 müxtəlif rəngli proqramlaşdırıla bilən düyməni birləşdirməsi nəyinki onu dizayn cəhətdən gözoxşayan edir, həmçinin intensiv istifadə üçün ideal seçim hesab olunur.

Qiymət: 437 ₼
*ƏDV-siz göstərilmişdir

2001-ci ildə dünyanın ilk IP telefonunu istehsal edən Snom Technologies GmbH, artıq Azərbaycan bazarında öz sözünü deməyə başlayıb. Avropada, ABŞ-da və Yaxın Şərq ölkələrində çox geniş şəkildə təmsil olunan Snom şirkətimizlə rəsmi tərəfdaşlıq edir.
Əgər, məşhur Alman keyfiyyətindən danışırıqsa, Snom buna bəlkə də ən uyğun nümunələrdən biridir. Sənayedə ən az defekt çıxma ehtimalı - təxminən 0,2% Snoma aiddir. Cihazların hər birinin minimum problemsiz işləmə limiti 333 min saata bərabərdir. Snom şirkəti 3 böyük elmi-tədqiqat araşdırma mərkəzinə və eyni zamanda səs testi laboratoriyasına sahibdir. Təltif edildikləri mükafatların çoxluğu bu avadanlıqların keyfiyyəti, dayanıqlığı və təhlükəsizliyindən xəbər verir. Şirkətin müvəffəqiyyətləri sənaye mütəxəssisləri tərəfindən mütəmadi olaraq vurğulanır. Snom 2000-ci ildə CeBIT-də "Show Best" mükafatına layiq görülüb. 2003-cü ildən etibarən isə şirkətin məhsulları mütəmadi olaraq "Internet Telephony" nominasiyasında TOP-100-də iştirak edir və bir çox modelləri "İlin məhsulu" adını qazanır. Snom şirkəti 3 böyük elmi-tədqiqat araşdırma mərkəzinə və eyni zamanda səs testi laboratoriyasına sahibdir.
Snom D725, 4-xəttli ekranı və 12 SIP xətt dəstəyi ilə müxtəlif sahələrdə istifadə üçün peşəkar IP telefondur. Telefon 18 proqramlaşdırıla bilən düymə, 1 GB ethernet port, USB-port və yüksək keyfiyətli səs effektinə malikdir. Snom D725 öz işində hər şeyi nəzarət etmək istəyən iş adamları üçün mükəmməl bir həlldir.
Telefonda ən tələbkar istifadəçilərin tələblərinə cavab verən gigabit keçidi mövcuddur. USB portu, USB qulaqcıqları və digər cihazlar kimi müxtəlif aksesuarlardan istifadə etməyə imkan verir.

Əsas xüsusiyyətləri
  • 12 SİP xətt
  • Zərif dizayn
  • 18 bir neçə rəngli funksional düymə
  • Geniş zolaqlı audio
  • USB port
  • Gigabit kommutator
  • VLAN dəstəyi
  • Zəmanət: 2 il
Ümumi məlumat
  • Ölçülər:238x190x200/220 mm
  • Sertifikat: FCC Class B, CE işarəsi
  • Təhlükəsizlik: IEC 60950-1:207, CB
  • Ethernet: 2 x IEEE 802.3/1 giqabit kommutator
  • 1 x LAN, 1 x PC: RJ 45
  • Telefon aparatı: konnektor 4P4C
  • Qulaqlıq: (simli) 4P4C konnektor; Snom EHS Advanced vasitəsilə simsiz rabitə
  • Rəng: Qara
İstifadəçi interfeysi
  • 5 sərbəst proqramlaşdırılan düymələr, 4 dəyişkən funksional düymələr
  • Lokallaşdırma (dil, vaxt)
  • Buraxılmış, gözlədilmiş və saxlanılmış zənglər üçün LED göstəricilər
  • Seçilmiş ismarıc düyməsi
  • Səs düyməsi
Telefonun funksiyaları
  • Gələn və çıxan zənglərin kataloqu
  • Zəngin tamamlanması (məşğul / əlçatmaz)
  • Zəng edən abunəçinin identifikasiyası
  • Zəng gözləntisi
  • Avtomatik cavab
  • Saxlamaq
  • Eyni anda 12 zəngin işlənməsi
  • Zəngin yönləndirilməsi
  • Üçtərəfli konfrans rabitəsi
  • Klaviaturanın bloklanması
  • DND mode ("Narahat etmə" rejimi)
  • Müştəri kodu (CMC)
Veb Server
  • HTTP/HTTPS server
  • Uzaq konfiqurasiya/konfiqurasiya
  • Veb-interfeysdən zəng etmək
  • Şifrə qoruması
  • Diaqnostika (traslaşdırma, jurnal aparma, sistem jurnalı)
Təhlükəsizlik, xidmət keyfiyyəti
  • HTTPS-Server/-Client
  • Nəqliyyat səviyyəsi təhlükəsizliyi (TLS)
  • SRTP (RFC3711), SIPS, RTCP
  • VLAN (IEEE 802.1X)
  • LLDP-MED, RTCP-XR
  • VPN dəstəklənməsi
  • Veb-interfeys qoruma şifrəsi
Kodeks və səslər
  • Geniş zolaqlı audio
  • G.711 A-law, μ-law
  • G.722 (genişzolaqlı)
  • G.726, G.729AB, GSM 6.10 (FR)
  • Rahat səs-küy generatoru(CNG)
  • Səs aktivliyinin aşkarlanması (VAD)
Quraşdırma
  • Proqram təminatının avtomatik yenilənməsi
  • Parametrlərin HTTP/HTTPS/TFTP vasitəsilə avtomatik yüklənməsi
  • Veb interfeysi vasitəsilə tam quraşdırılır
  • TR-069/TR-111 uzaqdan idarəetmə
  • Statik IP, DHCP dəstəyi
  • USB adapteri vasitəsilə asan WLAN bağlanması
  • NTP