VirtualATS-i digər İT həllər ilə birləşdirmək marketinq, satış, mühasibat, çatdırılma və s. kimi bir çox şöbənin işini optimallaşdırmağa və avtomatlaşdırmağa imkan verir. API istifadə etməklə VirtualATS istifadəçiləri zənglərin bütün məlumatlarını kənar proqramlar ilə inteqrasiya edərək biznes proseslərini daha sürətləndirə bilərlər.
VirtualATS API üzərindən aşağıdakı imkanlar mümkündür:
- istənilən müddət üçün zəng tarixçəsini almaq;
- daxili nömrələrin siyahısı və onların statusu haqqında məlumat almaq;
- qeydə alınmış danışıqların səs yazısı fayllarını almaq;
- asinxron rejimdə zəng icra etmək;
- sinxron rejimdə zəng icra etmək;
- zəngi bitirmək;
- zəng haqqında məlumatın CRM-ə göndərilməsi.