Bitrix24

Bitrix24
Bitrix24 - proseslərin avtomatlaşdırılması, optimallaşdırılması və layihə üzərində işləmək üçün xüsusi alətlər dəstinə malik xidmətdir. Bitrix24 müştəri ilə ünsiyyət qurmağa və əməliyyatların əvvəldən sona kimi aparılmasına kömək edir. Bir neçə biznesin idarə edilməsi zamanı fərqli mərhələlərdə satış huniləri yarada bilərsiniz. Bütün alətlərə telefon və tabletlərdə girə bilərsiniz. Bitrix 24 sistemi İP telefoniya ilə birlikdə istifadəçiləri aşağıdakı qeyd olunanlarla təmin edir:
1) zəng gələrkən müştəri kartının əks olunması;
2) gələn zəngləri avtomatik tanış menecerə yönləndirmək;
3) birbaşa sistemdən zəng etmək imkanı;
4) danışıqları saxlamaq və dinləmək;
5) tanış olmayan nömrədən zəng gələrkən avtomatik aparıcıların yaradılması.