{cloudstag}

Yealink SIP-T58A

Yealink SIP-T58A - sensorlu, rəngli 7" ölçülü LCD ekrana sahib və Android 5.1.1 əməliyyat sistemi ilə idarə olunan Smart Video IP telefondur.

Qiymət: 735 ₼
*ƏDV-siz göstərilmişdir

Yealink SIP-T58A Video telefonu, qarşısında video konfrans iştirakçılarından video görüntü qəbul etmək lakin video öturməmək və xərclərə qənaət etmək kimi məqsədləri olan istifadəçilər üçün uyğundur. Ehtiyac yarandığı halda telefon üçün USB-kamera almaq və quraşdırmaq mümkündür. Cihaz iki meqapikselli Yealink CAM50 HD kamera, EXP50 DSS konsol (əlavə düymə paneli) və fleş yaddaş qoşmaq üçün (danışıqların yazılması) 2 ədəd USB portla təchiz edilib. Cihaza ümumilikdə 3 ədəd DSS konsolun  qoşulmasi mümkündür ki, bu isə  öz növbəsində 207 ədəd düymənin istifadəsini mümkün edir. Daxili Bluetooth 4.0+ EDR modul, cihaza simsiz qulaqlıq qoşmağa və ya onu mobil cihazla sinxronizasiya etməyə imkan verir. Cihaz müştərinin tələblərinə (loqotiplər, ekran üçün mövzular, şəxsi melodiyalar) görə uyğunlaşdırılır. Sistem Administrator fəaliyyətin və kommunikasiyaların effektivliyi üçün tələb olunan müxtəlif tədbiqləri cihaza əlavə edə bilər. Avadanlıq PoE vasitəsi ilə qidalanmaq imkanına malikdir, lakin WiFi-modul ilə simsiz şəbəkəyə qoşularkən qida blokundan (komplektə daxil deyil) istifadə etmək lazımdır.  Yealink SIP-T58A Video telefonu ilə 5 tərəfli konfrans (3 tərəfli video + 2 tərəfli audio) yaratmaq mümkündür.

Müstəqil köklənən 16 SIP-akkaunt Gözlətmə, mikrafonun söndürülməsi, DND (narahat etməyin) Qaynar xətt, Cəld yığım Yönləndirmə, gözləmə rejimi, transfer Qrupa qulaq asma, SIP SMS 3 tərəfli video konfrans 5 tərəfli konfrans (3 video + 2 audio) Melodiya seçimi/yükləmə/silmə Saatın köklənməsi : avtomatik və mexaniki Yığım qaydaları XML-brauzer, Action URL/URI RTCP-XR (RFC3611), VQ-RTCPXR (RFC6035) Ekran klaviaturası USB-port: simli və simsiz USB qarniturun qoşulması, danışıqların USB yaddaşa yazılması və EXP50 DSS konsolun qoşulması üçün istifadə oluna bilər Daxili Bluetooth: Bluetooth-qarniturun qoşulması, mobil avadanlıqlarla sinxronizasiya və mobil kontaktların sinxronizasiyası üçün istifadə olunur.