Virtual ATS daxil olan zənglərini əvvəlcədən təyin olunmuş müəyyən mütəxəssis qruplarına paylamaqla zəngləri idarə etməyə imkan verir. VirtualATS idarə etmə panelindən zəng gəldiyi andan zəngin son saniyəsinə qədər ümumi bir işləmə alqoritminin qurulması mümkündür. Bu alqoritmdə səs menyusu, ipucular, müştərinin istəyini müəyyənləşdirməyə kömək edəcək hər şeyi sistemə daxil edə bilərsiniz - seçilmiş parametrləri öyrəndikdən sonra istədiyiniz mütəxəssis qrupuna zəngi yönləndirə bilərsiniz. Bu, yalnız müştərilərə xidmət prosesini sürətləndirməklə yanaşı, işçilərin fəaliyyət keyfiyyətini və səmərəliliyini də artırır.