CRM-lərlə hazır inteqrasiya modulları

CRM-lərlə hazır inteqrasiya modulları

CRM-lərlə hazır inteqrasiya modulları

Operator bəzən müştərinin zənginə cavab verə bilmir, qeydiyyatda görünən nömrəyə geri zəng etdikdə isə kommunikasiya qurmaqda çətinlik çəkir. İp telefoniya ilə CRM sistemlərinin inteqrasiyası məhz belə problemin aradan qaldırılmasında idealdır. Belə sistemdə müştərinin müvafiq məlumatları saxlanılır və müştəri zəng etdikdə operatora CRM sistemində məlumatların əks edildiyi müştəri kartı görünür, bu da təbii olaraq öz növbəsində operator ilə müştəri arasında kommunikasiyanı rahatlaşdırır və müştəri məmnuniyyətini artırır.

Ən yaxşı CRM sistemlərinin hazır inteqrasiya modulları

VirtualATS sizə bir neçə hazır inteqrasiya həlləri təklif edir.

Bitrix 24

Bitrix 24 sistemi İP telefoniya ilə birlikdə operatorları aşağıdakı qeyd olunanlarla təmin edir:

  • zəng gələrkən müştəri kartının əks olunması;
  • gələn zənglərin avtomatik olaraq tanış menecerə yönləndirilməsi;
  • birbaşa sistemdən zəng etmək imkanı;
  • səs danışıqlarını saxlamaq və dinləmək;
  • tanış olmayan nömrədən zəng gəldikdə avtomatik olaraq yeni müştəri kartının yaradılması.
AmoCRM

İmkanları:

  • zəng gələrkən müştəri kartının əks olunması;
  • danışıqların tarixçəsinin saxlanılması;
  • sistemdən zəng edilməsi;
  • səs danışıqlarının dinlənilməsi;
  • gələn zənglərin avtomatik olaraq məsul menecerə yönləndirilməsi.
GenCRM

Belə bir sistem aşağıdakı imkanları yaradır:

  • zənglər üzrə tam statistikanın aparılması;
  • səs danışıqlarının birbaşa müştəri kartına yazılması;
  • gələn zənglərin avtomatik olaraq məsul menecerə yönləndirilməsi;
  • birbaşa GenGRM-dən zəng edilməsi;
RetailCRM

Bu sistem ilə birlikdə İP telefoniyadan istifadə aşağıdakı imkanları yaradır:

  • zəng gələrkən müştəri kartının əks olunması;
  • zənglərin və səs danışıqlarının qeyd edilməsi;
  • bir kliklə birbaşa RetailCRM-dən zəng edilməsi;
  • gələn zənglərin avtomatik olaraq məsul menecerə yönləndirilməsi.
Envybox

Belə bir sistem ilə aşağıda qeyd olunanları edə bilərsiniz:

  • zəng gələrkən müştəri kartının göstərilməsi;
  • zəng gəlmə tarixinin yadda saxlanılması;
  • əvvəlki səs danışıqlarının dinlənilə bilməsi;
  • gələn zənglərin avtomatik olaraq məsul menecerə yönləndirilməsi.
  • sistem üzərindən zənglərin edilməsi.
Simplit-1C

Simplit-1C istifadəçilərə aşağıdakıları təklif edir:

  • telefona cavab verməzdən əvvəl müştəri kartını görmək;
  • əvvəlki səs danışıqlarını birbaşa müştərinin kartında saxlamaq;
  • zəngi tanış menecerə növbədə gözlətmədən yönləndirmək;
  • buraxılmış zəngləri izləmək.