VirtualATS-in IVR (səsli menu) funksionallığı zəng edənlərin və cavablandıranların vaxtına qənaət etməsinə imkan yaradır. Səs menyusu funksiyası, müəyyən nömrələrin birləşməsini istifadə edərək zəngin istənilən şöbəyə rahat və asan ötürülməsini təmin etməyə imkan verir. Müştəri avtoinformatorun göstərişlərini eşidir və sualından asılı olaraq müəyyən düymələri basır. Bu zaman sistem müştəri ehtiyacını həll edə bilən şöbəni çağırır. Həmçinin bu funksionallıq vasitəsilə müştəri tez-tez verilən sualların cavabını əvvəlcədən səslə qeyd edilmiş bölümlərə keçməklə öyrənə bilər, misal üçün şirkətin iş vaxtı və ya tarifləri, xidmətləri haqqında.
VirtualATS-in IVR (səsli menu) funksiyasının əsas üstünlükləri və xüsusiyyətləri aşağıdakilardır: - Zəng edəni salamlayır, onun üçün rahat dil seçimini təklif edir
- Əvvəlcə qeyd edilmiş səs audio faylını dinlədir
- Zəng edənin məqsədini öyrənir
- Zəngi müvafiq əməkdaşa və yaxud əməkdaş qruplarına, səsli poçt qutusuna və yaxud digər istiqamətə yönləndirir.