Hər bir şirkətin 24/7 işləyən zəng mərkəzini yaratmaq imkanı yoxdur, lakin bəzi hallarda hətta qeyri iş vaxtı bildirilən sorğu iş prosesində böyük nəticələr verə bilər. VirtualATS-in Səsli poçt qutusu, işçilərdən heç biri zəngə cavab verə bilməyəcəyi təqdirdə müştərilərinizin sorğusunu qəbul etmək imkanıdır. Zəng edən müraciətini səslə qeyd edir, həmən sorğu audio faylı əməkdaşlara e-poçtla göndərilir. Beləliklə şirkət əməkdaşları istənilən qurğu və istənilən yerdən, ofisdə olmadıqları halda belə daxil olan sorğuları dinləyib müştərilərə daha keyfiyyətli xidmət göstərə bilərlər.