STUN nədir və İP telefoniyada niyə istifadə olunur?
STUN – NAT (Network Translation Address)-ın arxasında yerləşən müştəriyə (qurğuya) öz xarici İP ünvanını, ünvanların çevrilməsi metodlarını, həmçinin xarici şəbəkədən gələn portları öyrənməyə imkan verən protokoldur. VirtualATS-də ondan niyə və necə istifadə olunur? Gəlin aydınlaşdıraq.
Təcrübəyə əsasən şəbəkədə istifadə olunan bütün müştəri qurğuları NAT-ın “arxasında” yerləşir. NAT – lokal qurğuya İP ünvanın çevrilməsi vasitələrindən istifadə edərək internetlə əlaqə yaratmasına imkan verən xüsusi şəbəkə mexanizmidir.
Daha sadə dildə desək, məlumat paketi lokal qurğudan internetə göndərildikdə NAT daxili cədvəldə paketi hansı qurğunun göndərdiyini yadda saxlayır və cavab aldığı zaman onu həmin qurğuya ötürür. Əksər hallarda bütün bu proseslər istifadəçinin gözünə görünmədən baş verir və heç bir problem yaratmır. Lakin söhbət İP Telefoniyadan getdikdə müəyyən çətinliklər meydana gəlir.
Məlum məsələdir ki, virtualATS-də məlumatları (səsləri) ötürmək üçün UDP protokolundan istifadə olunur. İki qurğunun UDP protokolu vasitəsilə əlaqə qurması üçün onların hər ikisinin fərdi İP ünvanlarını və portlarını təqdim etmələri mütləqdir. Çox təəssüf ki, qurğular yalnız lokal İP ünvan və portdan istifadə edə bilərlər. Lakin qlobal şəbəkədə lokal çərçivədə olan ünvanlar etibarsızdır. Belə vəziyyətdə qurğular arasında əlaqə yaratmaq mümkündür, lakin səs ötürülməyəcək. Qurğunun normal bir şəkildə işləyə bilməsi üçün mütləq öz xarici ünvanını və portunu öyrənmək lazımdır. Bu zaman bizə STUN lazım olacaq.
Qurğu STUN-Serverə müraciət etdikdə cavab olaraq öz xarici ünvanını ala və onu xarici bağlantı tələb olunduğu hallarda lokal ünvanının yerinə təqdim edə bilər, həmçinin məlumatların göndərilməsi üçün bağlantı qura bilər. Əks halda ümumilikdə məlumatları, İP telefondan istifadə olunduqda isə səsləri göndərmək mümkün olmayacaq. Bunun üçün həmsöhbətlərinizdən birinin (və ya ikisinin də) səsini eşitmədiyiniz hallarda masaüstü telefonlarınızın(və ya softfonun) STUN Serverə qoşulub-qoşulmadığını və yaxud da düzgün quraşdırıldığını yoxlayın.
VirtualATS istifadəçiləri telefonların quraşdırılması zamanı xüsusi Azərbaycanda yerləşən STUN-Server ilə təmin edilir. Məhz bu səbəbdən siz heç vaxt səsin itməsi və ya bir tərəfli eşidilmə kimi problemlə qarşılaşmayacaqsınız.