Şirkətiniz üçün VoİP telefonun seçilməsinin bir neçə üstünlükləri var. VoİP sistemlərinin müxtəlif olması və seçimin çoxluğu bütün telefonların sizə uyğun olması demək deyil. Şübhəsiz ki, prinsip etibarilə eynilik təşkil edir, lakin qərar verərkən mütləq şəkildə diqqət etməli olduğunuz nüanslar vardır. Bu məqalədə VoİP telefon sistemləri üçün mümkün həll yollarını Sizə izah edəcəyik və seçim edərkən özünüzə verməli olduğunuz bəzi sualları qeyd edəcəyik.
Seçim etməmişdən öncə özünüzə bu sualları verin:
Şirkətiniz VoİP sistemini idarə etmək üçün tələb olunan işçi qüvvəsinə sahibdirmi?
İT şöbənizdə bu sahədə bacarıqlara malik nə qədər işçiniz var? Bundan başqa, onların özlərinəməxsus səlahiyyətləri və iş yükləri mövcuddur, VoİP ilə əlaqəli əlavə tapşırıqlar onlar üçün ağır yük olacaqmı? Əgər geniş İT şöbəyə sahib deyilsinizsə, bu işlə məşğul ola biləcək ayrıca işçiyə üstünlük vermək daha məqsədəuyğundur.
Məxfi məlumatlarla işləyirsiniz?
Əgər siz daha çox məxfi məlumatları idarə edirsinizsə, mütləq şirkətin rabitə şəbəkəsinin tam nəzarətinə diqqət etməlisiniz. Bunun üçün Bulud hesablama və VoIP üçün təyin edilmiş bir mərkəzi yerin birləşməsindən ibarət olan VoIP-in hibrit həll yolunu seçə bilərsiniz. Başqa sözlə desək, şirkətinizin VoİP-ə sahib mərkəz rolunu oynayan bir ofisi var və o, bulud texnologiyasından istifadə edərək məlumatları digər yerə və ya ofisə göndərir.
Büdcəniz nə qədərdir?
VoİP telefon sistemini izləyə bilən bir işçi heyətinə sahib olsanız, bu ideal həll yolu ola bilər. Lakin daha yeni böyüməkdə olan kiçik bizneslər üçün bu qeyri-mümkündür. Buna görə də həmin şirkətlər üçün bulud texnologiyası daha uyğun seçim hesab olunur.
Mümkün həll yolları
Virtual telefon sistemləri
Bu, biznes telefon xəttlərini uzaqdan işləyən işçilərin ev telefonlarına və ya mobil telefonlarına bağlayır. Əsasən bunlar zənglərin təyin olunduğu telefona yönləndirilməsini həyata keçirən mexanizmdir. Bundan əlavə olaraq, zəngi yönləndirmək üçün siz həmçinin avtomatik qeydiyyatçı, zəngyoxlama, səsli poçt və onlayn faks kimi funksiyalara da sahib olacaqsınız. Bu seçimin çatışmazlığı ondan ibarətdir ki, zənglər mobil və ya ev telefonu şəbəkəsinə yönləndirildiyi üçün sizdən ödəniş tələb olunur. Bu VoİP deyil, lakin uzaqdan işləyən işçilərə sahib olan şirkətlər üçün hələ də yaxşı həll yoludur.
VoİP telefon sistemi
VoİP ilə şirkətinizin istifadə etdiyi internet bağlantısından istifadə edirsiniz və o sizi əvvəllər bahalı ATS-dən istifadə edən şirkətlərin istifadə etdiyi funksiyalar ilə təmin edir. Artıq siz avtomatik xidmət personalına, zəng növbələrinə və s. kimi funksiyalara sahib olursunuz. Həmçinin uzaqdan işləyən işçilərinizə sizin VoİP sisteminizə girməyə icazə verə bilərsiniz. Bütün bunlar virtual telefon sistemi və sabit telefon sistemi ilə müqayisədə olduqca üstün bir seçimdir. Bu sistemin mənfi cəhəti isə internet bağlantısı ilə bağlı olan məqamdır. Siz VoİPdən internetsiz istifadə edə bilməzsiniz. Lakin bu onun dəyərini aşağı sala bilməz, çünki günümüzdə bütün şirkətlər keyfiyyətli internet bağlantısına sahib olmaq üçün tədbirlər görürlər.
Lokal VoİP telefon sistemi
Bu sistemdə bütün ATS avadanlıqları sizin ofinizdə yerləşir və siz yenilənmə və texniki xidmət işini idarə edə biləcək bir qrupa sahib olmalısınız. Bu sizin üçün çox bahalı və narahat ola bilər, amma eyni zamanda bu, ən etibarlı və müştərilərinizə asanlıqla çatmağa imkan verən həll yoludur. Bu tip həll yolu çoxlu məxfi məlumatlara sahib olan şirkətlər üçün mükəmməldir.
Bulud əsaslı VoIP sistemi
Bu sistem kiçik və orta sahibkarlar üçün onların büdcələrinə uyğun bir həll yoludur. Burada siz VoİP xidmətlərini icarəyə götürürsünüz və aylıq ödəniş edirsiniz. Qeyd etmək lazımdır ki, avadanlığın alınması və onlarla işləyəcək işçi heyətinin işə götürülməsi kiçik şirkətlər üçün olduqca çətindir və qeyri-mümkündür. Belə ki, siz sizə lazım olan qədər xətt ala bilərsiniz. Həmin xəttlərin əlavə edilməsi bulud əsaslı həll yolu ilə çox asandır.