Əgər məhsulunuz mükəmməldirsə, xidmətiniz etibarlıdırsa və komandanız peşəkardırsa — çox gözəl. Amma bir sual var: bunu kim bilir?
Heç kim görmədiyi məhsulu almır, eşitmədiyi xidmətə güvənmir. Biznesin uğuru təkcə yaxşı təklifdə deyil — o təklifin doğru şəkildə tanıdılmasındadır.
Bazarların böyüdüyü, rəqabətin kəskinləşdiyi bir zamanda, reklamsız fəaliyyət göstərmək — qaranlıqda işıq yandırmadan vitrin açmağa bənzəyir.
Bu fikri dəqiq ifadə edən bir cümlə var ki, illərlə aktual qalacaq:
"Mərkəzi bank deyilsənsə, reklamsız pul gözləmə."
(“The only man who makes money without advertising is the man who mints it.” — Thomas Macaulay)
Bu cümlə sadə, lakin sərt bir həqiqəti deyir: reklam — lüks deyil, zərurətdir. Sadəcə reklam etmək yox, onu ölçmək, izləmək və optimallaşdırmaq şərtdir. Əks halda, büdcə gedir, amma nəticə gəlmir.
İnformasiya və rəqabətin hər yerdə olduğu bir dünyada reklam etməmək — unudulmağa aparan birbaşa yoldur. Hətta ən keyfiyyətli məhsul və xidmətlər belə effektiv tanıtım olmadan müştərinin diqqətini cəlb edə bilmir.
Reklam — sadəcə özünü tanıtmaq üçün vasitə deyil. Bu, etibar yaratmaq, müştəri ilə əlaqə qurmaq və rəqiblər arasında seçilmək üçün bir alətdir. Əgər reklam fəaliyyəti zəifdirsə, biznes — nə qədər dəyərli təklif etsə də — göz önündə olmamaq riski ilə üz-üzədir.
Reklama yatırım etmək — istər onlayn marketinq, istərsə də ənənəvi media vasitəsilə olsun — yeni müştərilər cəlb etməyə, eyni zamanda mövcud auditoriyanın diqqətini qorumağa imkan yaradır.
Bəziləri düşünür ki, reklam bahalıdır. Amma bu gün rəqəmsal texnologiyaların inkişafı ilə çox az vəsaitlə böyük nəticələr əldə etmək mümkündür. Təyinatlı reklam (targeting), SEO, kontent marketinq kimi alətlər sahibkarlara tamamilə yeni imkanlar açır.
İllərlə müxtəlif sahələrdə çalışan sahibkarlarla söhbətlərdən aydın olur ki, bu imkanların ortaq zəif nöqtəsi var: əgər siz reklamdan gələn zəngləri ölçmürsünüzsə, nə işlədiyini, nə işləmədiyini bilmirsinizsə, mobil nömrə ilə potensial müştəriləri itirirsinizsə — bütün bu strategiyalar nəticə verməyəcək.
İndi isə gəlin görək, reklam nə vaxt işləyir, mobil nömrə niyə problemdir, və VirtualATS bu problemi necə həll edir.
NİYƏ MOBİL NÖMRƏ İLƏ REKLAM SİZİ MÜŞTƏRİDƏN MƏHRUM EDİR?Mobil nömrələrin texniki xüsusiyyəti budur: onlar tək kanallıdır — yəni eyni anda yalnız bir zəng qəbul edə bilirlər. Yəni bir operator müştəri ilə danışarkən, eyni anda daxil olan ikinci zəng itirilir. Heç bir siqnal, heç bir məlumat yox — sadəcə susqunluq və qaçırılmış satış imkanı.
Bu isə o deməkdir ki:
- Reklama xərclədiyiniz büdcənin bir hissəsi boşa gedir;
- Potensial müştərilər sizinlə yox, rəqiblərinizlə əlaqə qurur;
- Zənglərin sayı və keyfiyyəti barədə heç bir analitik məlumatınız olmur;
- Müştəri davranışını ölçmək və təhlil etmək imkanı itir.
REAL HƏYATDAN İKİ MİSAL: REKLAM BÜDCƏSİ NECƏ HAVAYA SOVRULUR?
MİSAL 1: Tikinti şirkəti — televiziyada reklam və itirilmiş zənglərin dəyəri2022-ci ildə Bakıda fəaliyyət göstərən orta ölçülü tikinti şirkəti yeni yaşayış kompleksinin reklamını aparmaq üçün televiziya reklamına 37.000 AZN büdcə ayırdı. Reklamda müasir mənzillər, ilkin ödənişsiz təkliflər və cəlbedici görüntülərlə birlikdə yalnız bir mobil nömrə göstərilmişdi.
Nəticə:
- Reklam yayımlandıqdan sonra pik saatlarda (əsasən 19:00–21:00) onlarla zəng daxil olub;
- Operator eyni anda bir nəfərlə danışdığı üçün digər zənglər cavabsız qalıb;
- Şirkətdə zənglər qeydə alınmadığı üçün itirilən müştərilərin sayı və kimliyi məlum olmadı;
- Danışıqların qeydə alınmaması operatorun satış bacarıqlarının ölçülməsinə imkan yaratmır;
- Reklamdan sonra satışlar cüzi artdı, amma real potensialın nə qədər itirildiyi bəlli olmadı.
Tikinti şirkəti ilə reklam şirkətinin az qala məhkəmə çəkişməsinə qədər uzanan münaqişəsi, əvvəlcədən görünməyən boşluğu VirtualATS-lə bağlanmasına gətirib çıxardı. Bir neçə ay sonra VirtualATS sistemi tətbiq edildikdən sonra məlum oldu ki, eyni formatda gələn zənglərin 60%-dən çoxunun əvvəllər cavabsız qalırdı. Həmçinin, operator danışıqların qeydə alınmasını bildikdən sonra, zəng edənlərlə daha keyfiyyətli danışırdı.
MİSAL 2: Yemək çatdırılması — nahar saatı qızğın zənglər, amma xətdə yalnız bir adamla danışmaq imkanıBakıda fəaliyyət göstərən bir fast-food şəbəkəsi 2023-cü ilin yayında sosial şəbəkələrdə (Instagram və TikTok) qısa video reklamlar paylaşaraq kampaniyaya başladı. Reklamda “Endirimli nahar seti” aksiyası elan olunmuşdu və yalnız 1 mobil nömrə göstərilmişdi.
Nəticə:
- Kampaniya günlərində saat 11:30–13:30 aralığında zəng axını kəskin artdı;
- Amma operator xətdə olduğu müddətdə digər zənglər cavabsız qaldı;
- Zəng qeydi olmadığı üçün nə qədər müştəri itirildiyi məlum olmadı;
- WhatsApp yazanlar bəzən cavab aldı, amma çoxu rəqiblərə yönəldi;
- 2500 AZN reklam xərci çəkilsə də, yalnız təxminən 30 real sifariş qəbul edildi — çox az nəticə.
Şirkət bir ay sonra VirtualATS keçidi ilə zəngləri çoxkanallı sistemə saldı və növbəti reklam kampaniyasında pik saatlarda qəbul edilmiş zənglərin sayı 90% artdı.
REKLAMIN NƏTİCƏSİ — YALNIZ ÖLÇÜLƏNDƏ OLUR
Əgər reklamın hansı kanaldan necə işlədiyini bilmirsinizsə, siz sadəcə tale ümidinə işləyirsiniz. Eyni anda bir neçə platformada reklam verdiniz. Zənglər gəldi, amma hansı kanal gətirdi? Hansı daha səmərəlidir? Bilmirsiniz — və bu, pullarınızı göyə sovduracaq zaman bombasıdır.
Reklamdan maksimum nəticə almaq üçün ölçülə bilən sistemlərə ehtiyac var. Bu zaman VirtualATS və call tracking texnologiyaları ön plana çıxır.
VİRTUALATS NƏ VERİR?
- Reklam kanallarına görə zənglərin ayrılması
- Zənglərin qeydiyyatı və danışıqların səsyazma imkanı
- CRM ilə inteqrasiya
- Çoxkanallı zəng qəbulu
- Real vaxtda statistika və hesabatlar
- Sizi rəqiblərinizdən fərdləşdirən imic
REKLAM BÜDCƏSİ KİÇİKDİRSƏ BƏLƏ — ANALİTİKADAN İMTİNA ETMƏYİN
VirtualATS aylıq abunə əsasında təqdim olunur və kiçik bizneslər üçün də əlçatandır. Bu texnologiyalar itən zənglərin qarşısını almağa və reklamın nəticəsini dəqiq ölçməyə imkan verir.
NƏTİCƏ: ÖLÇÜLMƏYƏN REKLAM — İŞLƏMƏYƏN REKLAMDIR
Siz böyük bazar qurursunuz, amma giriş qapınız bir nəfərlikdir — mobil nömrə ilə reklam da məhz belə işləyir.
Hər zəng sizin üçün bir satış şansıdır. Onu itirməyə haqqınız yoxdur.
Və bu cümləni heçvaxt unutmayın:
"Mərkəzi bank deyilsənsə, reklamsız pul gözləmə."