İP telefoniya nədir?

12-11-2021

İP telefoniya nədir?


Günümüzdə rabitə ehtiyaclarımız mobil telefonlar vasitəsi ilə ödənilir. Ancaq, korporativ sektor bütün biznes proseslərini nəzarət etməsi üçün daxili telefon sistemləri üçün daim xüsusi bilikli mütəxəssislərə və avadanlıqlara ehtiyac var, bu isə çox yüksək qiymətlərə başa gəlir. Bulud əsaslı sistemdə bunların heç birinə ehtiyac olmadan telefon xidmətindən istifadə etməyə imkan verir.
Əslində, VoIP texnologiyası 1990-cı illərin əvvəllərindən ABŞ kimi ölkələrdə həm fərdi, həm də korporativ məqsədlər üçün istifadə edilmişdir. Son vaxtlara qədər ölkəmizdə aktual deyildi. Ancaq, internet xidmətinin keyfiyyətinin artması ilə bərabər İP telefoniya istifadəçilərinin də sayı artmaqdadır.

İP telefoniya nədir? Nə üçündür? Necə istifadə olunur? Bulud texnologiyaları əsaslı həllər hansı üstünlüklər verir? kimi sualların cavablarını daha yaxından nəzərdən keçirək.

İP telefoniya, İP protokolu istifadə edərək, internet vasitəsilə telefon bağlantısı quran sistemdir. Daha aydın desək, İP telefoniya səsli məlumatları internet üzərindən ötürərək, onlayn telefon zəngləri etməyə imkan verən texnologiyadır. İnternet ilə birbaşa işləyir.
Siqnal bir qayda olaraq, informasiya itkisini aradan qaldırmaq və şəbəkə yükünü azaltmaq üçün rabitə kanalından rəqəmsal formada ötürülür.

İP telefoniya nə üçün lazımdır?

Düşünək ki, bir neçə nəfərdən ibarət kiçik və ya böyük bir şirkətiniz var. Rəsmi əməliyyatlar, müştərilərlə ünsiyyət və çağrı mərkəziniz üçün hər bir işçinin masasında bir telefona ehtiyac var. İP telefoniya bunun üçün əvəzolunmaz həll yoludur.
İş yerinizdə artıq internet bağlantınızın olduğunu düşünək. İP telefoniya sistemi, əlavə bir quraşdırmaya ehtiyac olmadan mövcud internet bağlantısından istifadə edərək telefon xidmətindən istifadə etməyə imkan verir.

İP telefoniya necə işləyir?

Kompüterdə səs rəqəmsal siqnala çevrilir və həmsöhbətinizin kompüterinə ötürülür. Orada isə analoq siqnala çevrilir və dinamikdən səs eşidilir. 
Əgər zəng normal telefona gələrsə, siqnal İP girişdən keçərək rəqəmsal siqnalı (VoIP) analoq siqnala çevirir. Eyni hal İP telefon vasitəsilə mobil telefonlara zəng edərkən də baş verir.
İP şəbəkəsi üzərindən ötürülən səs xüsusi bir proqram kodek ilə sıxılır. Bu proses, ötürülmə sürətinin və ünsiyyətin keyfiyyətini artırmaq üçün həyata keçirilir. Bundan əlavə, təhlükəsizlik məqsədləri üçün siqnal şifrələnə də bilər. Bu səbəblə də, iki VoIP terminalı arasında ünsiyyət, yalnız onlar uyğun kodekə sahib olduqda mümkündür.
Həmçinin, iki VoIP terminalının internet üzərində bir-birini tapması və rabitə əlaqəsini yaratması üçün də hər ikisi eyni keçid protokolunu dəstəkləməlidir. Bunun üçün isə ən çox istifadə olunan SIP protokoludur.

SIP Protokolu nədir?

SIP (Session Initiation Protocol), internet üzərindən telefon xidməti göstərmək üçün hazırlanmış yeni bir nəsil protokoldur. SIP adlanan bu texnologiya, bir İP şəbəkəsindəki iki və ya daha çox istifadəçi arasında ünsiyyət qurmaq üçün bir seansla əlaqəli parametrləri dəyişdirmək, zəng əsnasında zəngi ötürmək və ya sonlandırmaq üçün parametrlər təmin edir.
SIP protokol haqqında ətraflı məlumat üçün linkə keçid edin : SIP protokol nədir?

İP telefoniya sisteminin üstünlükləri:

Peşəkar istifadə üçün WhatsApp, Facebook, Skype və bu kimi xidmətlərlə müştəri ilə ünsiyət qurmaq uyğun deyil. Onsuz da hər nömrəyə zəng etmək mümkün deyil. Bu sistem isə bildiyimiz şəhər telefonu kimi işləyir, istədiyiniz yerə zəng edə bilərsiniz. Eyni zamanda istənilən nömrələr sizə zəng edə bilər.
Məsələnin maddi tərəfi də var. Ənənəvi telefon əlaqələri, xüsusilə beynəlxalq zənglər və cib telefonları üçün çox yüksək tarif dəyələrinə malik ola bilər. İP  telefoniya sistemi isə daha sərfəlidir. Həmçinin şirkət daxili zənglər tamamilə pulsuzdur.
İstifadə etdiyiniz şəhər nömrəniz varsa, bu nömrəni yeni provayderinizə köçürərək İP telefoniya sistemində istifadə edə bilərsiniz. Şəhər telefonunuz yoxdursa, şəhər prefiksi nömrəsi və ya dörd rəqəmli qısa nömrələr kimi coğrafi bölgədən asılı olmayan bir nömrə əldə edə bilərsiniz. Bu da VoIP xidmət təminatçınızdan asılı olaraq dəyişə bilər.
Səsli mesaj, səsli e-poçt, telekonfrans, səsli menyu,danışıqların qeydə alınması və yüksək səs keyfiyyəti kimi xüsusiyyətlər nəzərə alınsa, çox sərfəli görünür.

Bulud əsaslı İP telefoniya həlləri hansı üstünlüklər verir?

  • Geniş inteqrasiya imkanları
  • İVR (avtomatik salamlaşma, məlumatlandırma və ağıllı menu)
  • IP telefoniya qurulması və sazlanması ənənəvi mini-ATS-lə müqayisədə daha sadədir
  • IP telefoniya internet vasitəsilə konfiqurasiyalı interfeysin olması hesabına daha sadə şəkildə idarə edilir
  • Ayrılmış telefon xəttlərinə ehtiyac yoxdur
  • Telefonların ofisin istənilən yerində rahat daşınma imkanları var
  • SİP standartı bahalı ənənəvi telefon aparatlarından istifadə zərurətini istisna edir
  • Sistemin sonsuz genişlənmə imkanları
  • Geniş hesabatlar imkanları
  • Sistemin cari vəziyyəti və zənglər haqqında ətraflı məlumat almaq imkanları
  • Səsli poçt
  • Geniş imkanlı telefon məlumat kitabçası
  • Daxil olan və buraxılmış zənglər barədə xəbərdarlıq
  • Danışıqların qeyd edilməsi və onların sonradan səsləndirilməsi imkanı
  • Qeyri-məhdud sayda abunəçi üçün konfrans əlaqəsi
  • Zənglər barədə ətraflı stastistik məlumat, qeyd olunmuş danışıqları dinləmək imkanı
  • Hər istifadəçi üçün şəxsi kabinet
  • Hər istifadəçi üçün şəxsi telefon kitabçası
  • Yönləndirilməli olan şəxsi nömrələrin siyahısının yaradılması və dəyişdirilməsi
  • Yönləndirmə prioritetlərinin müəyyən edilməsi
  • Daxili əlaqənin təşkili
  • İP-şəbəkələrdən və TfOP-dan istifadə etməklə bütün xarici abunəçilərlə gələn və gedən zənglərin təşkili
  • Baş ofis və istənilən sayda filiallar üçün nömrələmənin vahid planının təşkili
  • İstifadəçi qruplarını yaradaraq onların müxtəlif xidmətlərə girişi üçün səlahiyyətlərin təqdim edilməsi və onların məhdudlaşdırılması
  • Rahat abunəçi interfeyslərinin və müxtəlif xidmətlərin təqdim olunması
  • Müvafiq abunəçi interfeysi və müxtəlif xidmətlər
  • Katib vasitəsi ilə zənglərin paylanması
  • Zəngin ötürülməsi
  • Mikrofonun müvəqqəti söndürülməsi (MUTE)
  • Çoxkanallı telefonlar