İP telefoniya quraşdırılması. Üstünlükləri nələrdir?

29-11-2021

İP telefoniya quraşdırılması. Üstünlükləri nələrdir?

İP telefoniya şirkətlərin müasir kommunikasiya tələblərinə cavab verən, təhlükəsiz və inkişaf etmiş texnologiyadır.
Şirkətlər telefon və faksdan ibarət ənənəvi kommunikasiya vasitələri ilə öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Aparıcı şirkətlər bu ehtiyaclarını daha müasir İP telefoniya quraşdırmaqla həll edirlər. Hal hazırda yeni innovasiyalı həllər vasitəsilə istənilən həcmdə olan şirkətlər öz daxili və xarici kommunikasiyası üçün telefon şəbəkəsi qurmaq imkanındadır. İP telefoniya şəbəkəsi vasitəsilə ofis və yaxud ofislər daxilində çoxfunksional rabitə imkanları yaradılır.

İP telefoniya nədir?



İP telefoniya, İP protokolu istifadə edərək, internet vasitəsilə telefon bağlantısı quran sistemdir. Daha aydın desək, İP telefoniya səsli məlumatları internet üzərindən ötürərək, onlayn telefon zəngləri etməyə imkan verən texnologiyadır. İnternet ilə birbaşa işləyir.
Siqnal bir qayda olaraq, informasiya itkisini aradan qaldırmaq və şəbəkə yükünü azaltmaq üçün rabitə kanalından rəqəmsal formada ötürülür.
İP telefoniyanın əsas üstünlüklərindən biri də rabitə xərclərinin azaldılmasındadır. Bir çox hallarda VoIP ünsiyyəti pulsuzdur.

İP telefoniya quraşdırılması



İlk öncə sizə uyğun olan tarifi seçirsiniz. Tariflər haqqında ətraflı məlumat linkdədir.
  • Qoşulma üçün ilk müraciətdə əməkdaşlarımız sizə xidmət üçün tələb olunan nömrə, avadanlıqlar, İVR üçün səs yazılması, şəbəkənizin uyğunluğuna və uyğun VirtualATS tarifinə dair məsləhətlər təqdim edəcəklər.
  • Müştərilərimizin rahatlığı üçün xidmət kağız və ya oferta müqaviləsi çərçivəsində təqdim olunur. Müqavilə şərtlərinə əsasən müştəridən əvvəlcədən ödəniş tələb olunur.
  • VirtualATS idarəetmə sistemində əsas nömrələrin, daxili nömrələrin, səsli salamlaşma, menuların və IP telefonların quraşdırılmasına başlanılır.
Bu mərhələlərin yekununda müştəri artıq İP telefoniya şəbəkəsi üzərindən zəngləri qəbul etməyə başlayır.

Bulud əsaslı İP telefoniya üstünlükləri


  • Geniş inteqrasiya imkanları
  • İVR (avtomatik salamlaşma, məlumatlandırma və ağıllı menu)
  • İP telefoniya qurulması və sazlanması ənənəvi mini-ATS-lə müqayisədə daha sadədir
  • İP telefoniya internet vasitəsilə konfiqurasiyalı interfeysin olması hesabına daha sadə şəkildə idarə edilir
  • Ayrılmış telefon xəttlərinə ehtiyac yoxdur
  • Telefonların ofisin istənilən yerində rahat daşınma imkanları var
  • SİP standartı bahalı ənənəvi telefon aparatlarından istifadə zərurətini istisna edir
  • Sistemin sonsuz genişlənmə imkanları
  • Geniş hesabatlar imkanları
  • Sistemin cari vəziyyəti və zənglər haqqında ətraflı məlumat almaq imkanları
  • Səsli poçt
  • Geniş imkanlı telefon məlumat kitabçası
  • Daxil olan və buraxılmış zənglər barədə xəbərdarlıq
  • Danışıqların qeyd edilməsi və onların sonradan səsləndirilməsi imkanı
  • Qeyri-məhdud sayda abunəçi üçün konfrans əlaqəsi
  • Zənglər barədə ətraflı stastistik məlumat, qeyd olunmuş danışıqları dinləmək imkanı
  • Hər istifadəçi üçün şəxsi kabinet
  • Hər istifadəçi üçün şəxsi telefon kitabçası
  • Yönləndirilməli olan şəxsi nömrələrin siyahısının yaradılması və dəyişdirilməsi
  • Yönləndirmə prioritetlərinin müəyyən edilməsi
  • Daxili əlaqənin təşkili
  • İP-şəbəkələrdən və TfOP-dan istifadə etməklə bütün xarici abunəçilərlə gələn və gedən zənglərin təşkili
  • Baş ofis və istənilən sayda filiallar üçün nömrələmənin vahid planının təşkili
  • İstifadəçi qruplarını yaradaraq onların müxtəlif xidmətlərə girişi üçün səlahiyyətlərin təqdim edilməsi və onların məhdudlaşdırılması
  • Rahat abunəçi interfeyslərinin və müxtəlif xidmətlərin təqdim olunması
  • Müvafiq abunəçi interfeysi və müxtəlif xidmətlər
  • Katib vasitəsi ilə zənglərin paylanması
  • Zəngin ötürülməsi
  • Mikrofonun müvəqqəti söndürülməsi (MUTE)
  • Çoxkanallı telefonlar