Əgər biznesinizə VoİP telefon sistemini daxil etmək istəyirsinizsə, aldığınız sistem haqqında bilməli olduğunuz bəzi məqamlar vardır ki, onları bu məqaləmizdə sizinlə bölüşəcəyik.
VoİP
VoİP-in açması İnternet Protokolu üzərindən Səs (Voice Over İnternet protocol) deməkdir. Bu isə sizin telefon sisteminizin internet bağlantısı vasitəsilə işlədiyi mənasına gəlir.
VoİP günümüzdə siz düşündüyünüzdən də daha geniş yayılmışdır və insanlar gündəlik həyatlarında VoİP ilə işləyən Whatsapp, Skype kimi bir çox tətbiqdən istifadə edirlər.
İVR
İVR-in açması İnteractive Voice Response deməkdir. Bu elə bir sistemdir ki, müştəri sizin şirkətə zəng etdikdə onun üçün səslənən səs menyusu vasitəsilə kimlə danışmaq istədiyini seçə bilər.
Bu sistem bir neçə departamenti olan şirkətlər arasında daha çox yayılmışdır.
SOFTPHONE
Bu proqram vasitəsilə siz telefonunuzu zəngləri idarə etmək üçün hər hansı bir cihaza qoşa bilərsiniz.
İP PHONE
Bu telefonlar ənənəvi telefonlara bənzəyir. Lakin onlardan fərqli olaraq İnternetə qoşulmaq üçün Ethernet kabelindən istifadə edir.
İP TELEPHONY
VoİP kimi internet vasitəsilə işləyən hər hansı bir telefon sistemlərinэ deyilir.
VIRTUAL ASSISTANT
Bu sizin bulud telefon sisteminizə əlavə olunur və siz ofis xaricində və ya zəngə cavab verə bilmədiyiniz zamanlarda ismarıc qoymaq üçün istifadə olunan xidmətdir.
Virtual köməkçilər işinizin effektivliyini aşağı salmamaq üçün poçt ünvanınıza ismarıc göndərə bilər.
CLOUD CONTACT CENTRE
Bulud Əlaqə Mərkəzi zənglərin vahid mərkəzi nömrəyə gəlməsinə və işçilərinizin istənilən yerdən zəngi cavablanmasına imkan yaradır. Çünki beləliklə telefon sisteminizə uzaqdan qoşulmaq mümkün olur.
BULUD ƏSASLI TELEFONİYA
Bu, İnternet vasitəsilə işləyən hər hansı telefon sistemi deməkdir.
Beləliklə, telefon sisteminizdə olan məlumatlar fiziki ofisə ehtiyac olmadan buludda etibarlı şəkildə saxlanılır. Həmçinin, bulud əsaslı telefoniya ofisinizin yerləşdiyi binada nə baş verməsindən asılı olmayaraq məlumatların təhlükəsiz və əlçatan olmasına imkan verir.
CALL FLİPPİNG
Bu anlayış bulud telefon sisteminin zəngi cihazdan cihaza maneəsiz keçirmə qabiliyyətinə aid edilir. Yəni zəng gələrkən zəngə masaüstü telefonla cavab versəniz belə, həmin zəngi müştərini gözlətmədən və ya hər hansı bir kəsinti olmadan mobil telefona, planşetə köçürə bilərsiniz.
CALL MONİTORİNG
Zəng monitorinqi sizin gələn və gedən zəngləri onlayn portal vasitəsilə rahat izləməyiniz üçündür. Beləliklə, zəng zamanı gözləmə müddətindən tutmuş xərclərə qədər hər şeyi izləyə və nəzarət edə bilərsiniz.
ONLİNE PORTAL
Onlayn portal sizə telefon sisteminizin zəng zamanı danışıqların qeydindən tutmuş uzantıların(extensions) əlavə edilməsi kimi maraqlı parametrlərə giriş imkan verir. Həmçinin, istədiyiniz yeni parametrləri idarəetmə panelinə əlavə edə və mövcud olanlar üzərində dəyişikliklər edə bilərsiniz. Bu portal detallı təhlil məqsədilə menecerlər üçün olduqca ideal vasitədir.
CALL CONTİNUİTY
Bu anlayış insanlarla yaxşı əlaqə qurmaq və gələn zənglərin davamlılığını artırmaq üçün sizin bulud telefon sisteminizin qabiliyyətinə aid edilir.
Çünki zənglərdə fasilələr xoşagəlməz münasibətlərə səbəb ola bilər və bu da işinizə pis təsir göstərə bilər.
DOWNTIME/UPTIME
Bəzən telefon sisteminizin texniki və ya digər səbəblərdən offlayn olduğu zamanlar ola bilər. Onu qeyd edək ki, yubanmalar və gecikmələrin dərəcəsi nə qədər aşağı olsa, işiniz bir o qədər çox inkişaf etmiş olar.
APİ İNTEGRATİONS
APİ və ya Tətbiq Proqramlaşdırma İnterfeysi telefon sisteminizi istifadə etdiyiniz digər sistemlərə qoşmağa icazə verir.
Çoxlu APİ inteqrasiyası olan bulud telefon sisteminə sahib olmaqla mövcud müştəri əlaqələrini düzgün idarə edə biləcək, həmçinin vaxta və pulunuza qənaət etmiş olacaqsınız.
BULUD ƏSASLI ATS
Bulud əsaslı ATS internet bağlantısı vasitəsilə ənənəvi telefon xəttləri olmadan zənglərinizi rahat idarə edə biləcəyiniz bir sistemdir.
EXTENSİONS
Hər bir işçinin öz şəxsi telefon nömrəsi var. Beləliklə, siz onlara uzatmalar verməklə kimin hansı uzantıda olduğunu bilə və onların işini rahatlıqla izləyə bilərsiniz.
PLUGİN AND PLAY
Bu anlayış bulud telefon sisteminizin asanlıqla qurulması deməkdir. Az xidmət və infrastruktur tələb edən bir telefon sistemi tez və asanlıqla qurulur, beləliklə, siz onu dərhal qoşa və işləməyə başlaya bilirsiniz.
VOLUME USERS
Bu istifadəçilər əsasən telefon sisteminizin heç bir əlaqə kəsintisi olmadan öhdəsindən gələ biləcəyi trafik miqdarına diqqət edirlər.
Yüksəs həcm o deməkdir ki, telefon sisteminiz bir çox müştərini məmnun edə biləcək səviyyədədir və heç bir narazıçılığa səbəb olmur.
AUTOMATİON
Avtomatlaşdırma telefon sisteminizin sizin CRM sistem ilə işləmə qabiliyyəti deməkdir. Yəni əlavə hər hansı əməliyyatlar icra etmədən birbaşa sistemə daxil olmağınıza icazə verir.
BANDWIDTH
Bu anlayış daha çox telefon sisteminizin nə qədər məlumatı idarə edə biləcəyini və zəng zamanı səsin təmiz ötürülməsi üçün nə qədər sürətli olmasını ifadə edir.
Eyni anda gələn zəngləri qəbul etmək üçün lazım olan bant genişlikləri vardır ki, konsultasiya zamanı provayderiniz sizə bu haqda məlumat verməlidir.