SİP Protokol nədir?

18-07-2021

SİP Protokol nədir?

Bu məqaləmizda SİP protokol haqqında bilməli olduğunuz əsas məqamları izah etmişik. 

Hər hansı bir anlayışı başa düşməyin ən yaxşı yolu onun adını hissələrə bölməkdir. "SİP" bir abreviaturadır və Sessiya Təsisi Protokolu(Session İnitiation Protocol) deməkdir. Ümumilikdə, kompüter elmlərində və telekommunikasiyada protokol – 2 sistem arasındakı “anlaşılmazlığın” qarşısını alan qlobal şəkildə qəbul edilmiş qaydalar toplusudur. Protokol özündə qəbul edən cihazın(məsələn, mobil telefon) ötürücü qurğunu(məsələn, noutbuk) başa düşməsi üçün müəyyən qaydanı əks etdirir. Yəni, hər iki qurğunun eyni dildə danışmasını və eyni qaydalara riayət etməsini təmin edir.

Bəzi protokollar vardır ki, biz onlarla demək olar ki, hər gün rastlaşırıq. Belə protokollardan biri HTTP(hypertext transfer protocol) protokoludur. O, veb-server və veb-brauzerlərə bir-birləri ilə əlaqə qurmağa və daha sonra vebsaytları və veb səhifələri bizə göstərməyə icazə verir. İP(İnternet Protokol) isə şəbəkələrin bir-biri ilə əlaqə qurmasına kömək edir və beləliklə, interneti yaradır. 

SİP protokol həmçinin telefonlara, mobil cihazlara və kompüterlərə səsli və görüntülü zənglər etməyə və İMs, mətn formasında ismarıclar göndərməyə imkan verir. Onunla zənglər həm 2 tərəf arasında, həm də qrup formasında ola bilər.

Bəs sessiya nə deməkdir? Telekommunikasiyada sessiya 2 cihaz arasındakı məlumatların və əmrlərin mübadiləsinə ayrılmış müəyyən bir vaxtdır. Məlumatların bu cür mübadiləsinə həmçinin siqnalizasiya da deyilir. 

Burdan belə nəticəyə gəldik ki, SİP təkcə sessiyanın başlanmasına yox, həmçinin onun qurulmasına, xidmət göstərməsinə və bitməsinə də imkan yaradır. 

İndiyə qədər qeyd etdiklərimizdən məlum oldu ki, SİP protokol 2 sistem arasında internet vasitəsilə məlumat mübadiləsini təmin edən qaydalar toplusudur. Buna sadə misal olaraq gündəlik internet üzərindən edilən səsli və ya görüntülü zəngləri göstərə bilərik.

İndi isə zənglərin SİP tərəfindən idarə olunan 5 aspekti ilə tanış olaq.

1) İstifadəçi yeri

İstifadəçi yeri məlumatı alan şəxsin yerini müəyyənləşdirir və hərəkət etsə belə ona zənglərə cavab verməyə və mesajları qəbul etməyə imkan verir.

2) İstifadəçi mövcudluğu

İstifadəçi mövcudluğu zəngləri və mesajları qəbul edən şəxsin mövcud olub-olmadığını və ya onlayn olduğunu müəyyənləşdirir.

3)İstifadəçi qabiliyyəti 

Burada alıcının istifadə etdiyi cihazın müxtəlif media növləri ilə (məsələn video) işləyə bilib-bilmədiyi dəqiqləşdirilir.

4)Sessiyanın qurulması

Sessiya biz zəng edən zaman yaranır.

5)Sessiyanın idarə olunması

Bu aspekt konfransın yaradılması və ya zənglərin köçürülməsi zamanı müxtəlif əməliyyatların həyata keçirilməsinə imkan verir.

Qısa desək, SİP protokol istifadəçinin əlçatan olduğunu və mesajlara, zənglərə cavab verə biləcəyini öyrənir. Sonra şəxsin göndərilən rabitə növünə uyğun cihaza malik olub-olmadığını yoxlayır və zəng etməyə imkan yaradır. Cavab verildikdən sonra çağırış əməliyyatlarını həyata keçirməyə və zəngi sonlandırmağa icazə verir.


Bulud Telefon istifadəçiləri üçün SİP protokolunun nə kimi əhəmiyyəti var?

Bulud üzərindən telefon sistemləri vasitəsilə kompüterdən zənglər etmək və həmçinin gələn zəngləri qəbul etmək mümkündür. SİP protokolu istifadəçilərə kompüterlər və İP telefonlar arasında sessiya yaratmağa imkan verir. Bu o deməkdir ki, SİP vasitəsilə müştəri xidməti qrupları, çağrı mərkəzi agenlikləri və satış işçiləri öz noutbuklar, masaüstü İP telefonları ilə çağrı mərkəzinin tətbiqi arasında zəngləri idarə edə bilərlər.  

VoİP, başqa sözlə, İnternet üzərindən İnternet Protokolu və ya multimedia zənglərinin internet üzərindən ötürülməsini təmin edən texnologiya və ya xidmətdir. Whatsapp zəngləri VoİP zənginə nümunədir. VoİP tətbiqemələri də SİP kimi siqnalizasiya protokollarından istifadə edirlər. Əlbəttə ki, Whatsapp özünəməxsus siqnalizasiya protokolundan istifadə edir. 


Biznes telefoniyasında SİP protokolunun tətbiqetmələri

SİP bulud telefon sistemlərinin aşağıdakı xüsusiyyətlərə sahib olmasına imkan verir.

1)SİP Trunking

SİP Trunking VoİP telefon sistemlərinə ümumi telefon şəbəkələrində olan sadə telefonlarla əlaqə qurmağa imkan verir. Bu da müəssisələrə həm VoİP telefon sistemlərindən, həm də köhnə telefonlardan birgə istifadə etməyə icazə  verir. 

2)SİP Forwarding

SİP Forwarding, başqa sözlə, SİP Yönləndirmə istifadəçilərin öz nömrələrini yeni telefon sisteminə keçirməyə imkan verir. Yəni, SİP yönləndirmə vasitəsilə zəngi müəyyən konkret nömrəyə yönləndirə bilərsiniz. Bu xüsusiyyət müəssisələrdə vaxt itkisinin və zənglərin cavabsız qalmasının qarşısını alır.

3) SİP Connection

SİP bağlantısı VoİP telefon sistemlərini SİP telefonlarına bağlayan əsas SİP protokolu tətbiqidir. Siz login və URİ kimi SİP identifikatorlarını aktivləşdirə və onları birləşdirmək üçün telefonunuza daxil edə bilərsiniz. SİP URİ(telefon nömrəsinin ekvivalenti) əksər vaxtlarda aşağıdakı kimi görünür:

‘domain01.sip.us1.twilio.com’