Şirkətə VirtualATS nəyə görə lazımdır?

24-04-2020

Şirkətə VirtualATS nəyə görə lazımdır?

Hamiya məlumdur ki, informasiyaya sahib olan kəs dünyaya sahibdir. Böyük şirkət və ya kiçik, kommersiya və ya sənaye, milli və ya xarici - vacib deyil. Rəhbər şəxs bilir ki, informasiyanı saxlamaq və onun təhlükəsizliyini təmin etmək, aralarındakı balansı saxlamaq çətindir. Müştərinin nə istədiyini, onun hardan gəldiyini, niyə getdiyini bilmək və onu saxlamaq vacibdir. Hansı reklam kanalı işləyir - hansı işləmir... Hər bir kəsin sualı olur, lakin ona yalnız seçilmişlər cavab tapa bilir.

İşçilərin işinə necə nəzarət etmək lazımdır?

Müştərilərlə effektiv ünsiyyəti necə təmin etmək olar?

Daha çox satış necə etmək olar?

Xərcləri necə azaltmaq olar?

İtirilmiş zənglərlə necə işləmək lazımdır?

İşçilər arasında informasiya mübadiləsini necə təşkil etmək olar?

Hal-hazırda məlumatları təkcə saxlamaq deyil, həmçinin bu məlumatlara istənilən vaxt istənilən cihazdan daxil olmaq, üzərində təhlil işləri aparmaq, faylları birbaşa buluddan tərəfdaşlara göndərmək və s. vacibdir.

Bu məqalədə bulud texnologiyası üzərindən İP telefoniya idarəetmə proqram təminatı haqqında məlumat verəcəyik. O köhnə iş fəaliyyətini yenisi ilə əvəz etdi. VirtualATS internet üzərindən fəaliyyət göstərir, özü hər şeyi quraşdırır, qoşur və xidmət göstərir.

Əsas üstünlükləri iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən müştərilərimizdən nümunələr üzərindən göstərək.

Beynəlxalq və ölkə daxili daşıma kuryer xidmətləri göstərən şirkətlər ölkəmizin iqtisadiyyatında xüsusi yer tutubdur. Sürətlə inkişaf edən və güclü rəqabət olan sahədə yalnız sərfəli qiymət siyasəti ilə bazarda qalmaq mümkün deyil, xidmət keyfiyyətinə xüsusi diqqət ayıran şirkətlər sahənin liderlərinə çevrilir. Təsadüfi deyil ki, bu sahənin liderləri VirtualATS xidmətindən istifadə edir.
VirtualATS-ə qoşulmaq bu sahənin şirkətlərinə nə qazandırdı? Şirkət zəng mərkəzi qurulması üçün bahalı avadanlıq və onu idarə edən mütəxəssisləri işə cəlb etməyərək xərclərini optimallaşdırmaqla yanaşı əsas fokusu öz işinə yönləndirir. Bütün zənglərin danışıqlarını qeydə alaraq onları dinləyir və müştəri xidmətlərinin keyfiyyətini daim artırır. Çıxış zənglərində VirtualATS-ə qoşulmuş mobil nömrələrdən istifadə etməklə xərcləri kifayət qədər azaldırlar. VirtualATS-i öz daxili proqram təminatı ilə inteqrasiya edərək müştərilərə keyfiyyətli xidmət göstərir. Müştəri zəng etdikdə onun unikal istifadəçi kodu və sair identifikasiya məlumatları artıq daxili proqramm təminatında görsənir və danışıq zamanı xeyli azalır.

Reklam və marketinq şirkətləri Müştərilərimiz arasında olan bir neçə reklam şirkəti gün ərzində yüzlərlə çox əhəmiyyətli zənglər həyata keçirir, bunların bir hissəsi müştərilərin cari layihələr ilə bağlı daxil olan zənglər, bir hissəsi isə satış məqsədli zənglərdir. Şirkətlərin ofisləri Bakıda yerləşsə də, əməkdaşlar gün ərzində müxtəlif ərazilərdə hətta ölkənin regionlarında görüşlərdə olur. Zəng edən şirkətin istənilən əməkdaşı ilə onun daxili nömrəsini yığmaqla calaşır, zəng edilən əməkdaş ofisdə olmadığı təqdirdə zəng onun mobil nömrəsinə yönləndirilir. Həmçinin şirkət əməkdaşları konfrans zənglər quraraq telefon toplantıları təşkil edir.
VirtualATS-ə qoşulmaq şirkətə nə qazandırdı? Çoxkanallı nömrələrin hesabına şirkət zəngləri itirmir. Əgər müştəri qeyri iş vaxtında zəng edirsə, nömrə buraxılmış zənglər siyahısına düşür və iş vaxtında menecer həmin müştəriyə təkrar zəng edir. Zəng edən şirkətin müştərisi olduğunda və onun şəxsi meneceri varsa, zəng etdikdə növbə və digər sxemi gözləmədən bir başa avtomatik avtomatik öz fərdi menecerinə yönləndirilir.
Zənglərin qeydə alınması şirkət əməkdaşlarının işinə nəzarət etmək - əməkdaşların müştərilərlə necə ünsiyyətdə olduqlarını, işi düzgün yerinə yetirdiklərinı, istəkləri nəzərə aldıqlarını öyrənmək üçün lazımdır. Direktor daxil olan və çıxan zənglər siyahısının keyfiyyətli şəkildə idarə olunmasına nəzarət edir.
Reklam şirkəti öz müştərisinə verdiyi dəyəri onu adi zəng qudokları və yaxud məşğul telefon xətti ilə qarşılamağı ilə nüfüzuna mənfi təsir olduğunu yaxşı bilir.

Mağaza şəbəkələri - Ölkəmizdə yüzlərlə mağaza şəbəkələri fəaliyyət göstərir. Müştərilərimiz arasında onlarla müxtəlif şirkətlərin distribütorları vardır, onlar son istifadəçinin təchizatı üçün mağazalar, elektron ticarət saytları və telefon üzərindən satışla həyata keçirir. Bu sahədə fəaliyyət göstərən müştərilərimizə gələn minlərlə zənglərin mövzuları ümumi eyni sualları təşkil edir, onlar əsas olaraq məhsullar və kredit şərtləri haqqında məlumat, servis, mühasibatlıq və topdan satış şərtləri ilə maraqlanan müştərilərdir. Şirkətlər satışdan əvvəl konsultasiya, satış zamanı və satışdan sonra da xidmət göstərdiklərindən müştəri etibarı olduqca önəmlidir.
VirtualATS istifadəsinin əsas məqsədi zəng və servis mərkəzinin xidmət keyfiyyətinin artırılması, zənglər haqqında bütün məlumatların CRM sistemdə əks olunması, cavablandırılmamış zənglərin sayının minimuma endirilməsi və reklam kampaniyasının effektivliyinin ölçülməsidir
VirtualATS-ə qoşulmaq bu sahənin şirkətlərinə nə qazandırdı? Şirkətə hər daxil olan müraciət qeydə alınır və CRM sistemində müəyyən məlumatlar toplanır. Şirkət müştəri haqqında lazımi məlumatları və ünsiyyətin gedişatını CRM-dəki məlumatlara əsasən görüb təhlil edə bilir. Orada bütün söhbətlərin qeydləri əks olunmuşdur. Menecer müştəriyə 1 kliklə zəng edə bilir. Əgər müştəri özü zəng edirsə, bu zaman onun haqıqındakı məlumatlar ekranda əks olunur və CRM kartına keçid üçün yol görünür. Bu ümumi işi xeyli asanlaşdırır.
Şirkət buraxılmış zənglərə hər zaman nəzarət edir. Əməkdaşlar qeyri iş vaxtlarında, həftə sonu zəng edən və ya hər hansısa səbəbdən cavabsız qalmış müştərilərə yenidən zəng edirlər.
VirtualATS-ə qoşulana qədər şirkətlər bütün şöbələri müxtəlif mobil nömrədən istifadə edirdi, indi isə hüquqi şəxs kimi fiziki şəxslərlə işləyən hər bir əməkdaşın öz daxili nömrəsi var. Müştəri zəng edərkən dərhal ehtiyac duyduğu menecerə yönləndirilir.

Yemək çatdırılma sahəsini VirtualATS xidmətini istifadəyə verdiyimiz ilk gündən hər bir itirilmiş zəngin əsl qiymətini bilən yeganə sektor hesab edirik. Bu sahənin müştəriləri əksər hallarda zəng vurduqda ac olurlar, bu səbəbdən onları xəttdə çox gözlətmək daha önəmli isə xəttin məşğul olmasını bildirən qudoklarla qarşılamaq hörmətsizlik hesab olunur. Həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər xərclərində əsas diqqəti məhsul istehsalına, keyfiyyətli inqridientlərdən istifadə olunmasına yönəltdiklərindən, zəng mərkəzi üçün VirtualATS-in sərfəli istifadə şərtləri əsas seçimdir. Xidmətimizdən istifadə edən şirkətlər əsas fəaliyyətləri gün ərzində minlərlə sifariş qəbul edərək onların kuryer vasitəsilə çatdırılmasıdır. Şirkətə daxil olan zəngləri üstünlük təşkil etsə də, əməkdaşların saytdan daxil olan sifarişləri təsdiqləmək, vaxtı və çatdırılmanın şərtlərini müəyyənləşdirmək üçün müştərilərə zənglər edirlər.

Bu sahədə fəaliyyət göstərənlər VirtualATS xidmətindən istifadə edərək eyni anda onlarla zəng qəbul etmək, CRM sistemlə inteqrasiya, müştərilərə yüksək xidmət göstərmək imkanı ilə yanaşı, çıxış zənglərinin mobil nömrələr üzərindən ötürməklə rabitə xərclərinə kifayət qədər qənaət edir.