"Bəli" yoxsa "Xeyr"?

19-07-2020

"Bəli" yoxsa "Xeyr"?

Tez-tez "xeyr" cavabı almaq xoşagəlməz hal olduğu üçün sualları tərtib edərkən məqsədimiz "bəli" cavabı almaq olur. Mütəxəssislərin fikrinə görə yox cavabı almaqdan qorxmamaq lazımdır, çünki yox cavabı danışıqların gedişatını təkmilləşdirməyə kömək edən bir sözdür.

"Bəli" cavabı 3 formada olur:

Təsdiq etmək - faktın qısa ifadəsidir. Nə qədər lokal və qətiyyətlə tələffüz olunsa, cavabın doğru olma ehtimalı bir o qədər yüksək olar.

Söz vermək - "razıyam", "edəcəyəm" deməkdir. Nə qədər lokal və qətiyyətli olsa, verilən vədin doğruluğu bir o qədər yüksək olar.

Boyun qaçırmaq (saxta "bəli") - bizi tələyə saldıqlarında deyilən sözdür. Bu cür bəli adətən lakonik və qısa olmur. "Mmm bəlii" kimi tələffüz edilə bilər. Bunu deyən adam özünü küncə sıxılmış, narahat hiss edir və çox gümanki gələcək dialoqlarda sizinlə daha az səmimi olacaq.

Sonuncu deyilən bəli - nin dəyəri olduqca aşağıdır. Əgər biz sual verərək cavabı xeyr - ə dəyişsək, bu yoxun dəyəri daha yüksək olacaq. Bunun səbəbi odur ki, bunu deyən şəxs özünü təhlükəsiz, rahat hiss edir və gələcək dialoqlarda sizə qarşı daha dürüst olur və fikirlərini ətraflı izah edə bilir.

Aşağıdakı nümunəyə baxaq:

- Bu cür əməkdaşlıq şərtləri sizi qane edirmi?

- Mmm bəlii

Bundan sonra həmin şəxs öhdəlik götürdüyünü hiss edərək narahat olur və razı olmadığı nüanslar da daxil olmaqla fikrini təfərrüatları ilə çatdırmaq artıq çətinləşir. Çox güman ki, belə hal gələcəkdə də problemlər yaradacaqdır. Əgər biz "xeyr" eşitsək, həmsöhbətimiz razı olmadığı məqamları ətraflı şəkildə izah edəcək və qətiyyətli "bəli" cavabını alana qədər biz bu işlə rahat məşğul ola biləcəyik.

Xeyr cavabı almaqdan qorxmayın və sualları rahat bir şəkildə tərtib edin. Məsələn:

- Müqavilənin bu bəndini yenidən düzəltməyə ehtiyac varmı?

- Xeyr, biz bunun göstərilməsini istəyirik ... (və burada insan detallı bir şəkildə danışır, çünki "xeyr" dediyi üçün özündə özgüvən hiss edir).

"Xeyr" cavabından qorxursunuz? Yoxsa bu yazıdan sonra fikrini dəyişdiniz?