Komandanızın performansını artırmaq üçün VoİP xidmətlərindən istifadə edin

26-08-2021

Komandanızın performansını artırmaq üçün VoİP xidmətlərindən istifadə edin


Əgər yüksək performanslı komandaya sahib olmaq istəyirsinizsə, onları bir çox vasitələrlə təmin etməlisiniz. Bulud telefon sistemi işçiləri masa arxasında oturmaqdan azad edir. Siz VoİP telefon sisteminə keçərək biznesinizin məhsuldarlılığının artırılması üçün investisiya etmiş olursunuz.

  • Komandanı ətraflı məlumatlandırın

VoİP bir çox CRM sistemlərlə inteqrasiya olunduğu üçün təşkilatlar müştəri xidmətlərində  bütün lazımi məlumatları rahat və sərbəst şəkildə əldə edə bilirlər. Həmçinin bu, müştəriyə başqa bir sistemə giriş etməmiş informasiya əldə etmək, zənglərin tarixçəsinə baxmaq kimi üstünlüklər qazanmağa imkan verir. Bu cür geniş məlumata sahib olmaq gələn hər bir müştəriyə yüksək səviyyəli xidmət göstərməyə kömək edir. Bu telefon sistemi vasitəsilə işçi növbəti işçiyə müəyyən qeydlər qoya bilər. Beləliklə, sizə gələn sorğular fasiləsiz cavablandırılacaq.


  • Komandanın daha sürətli işləməsini təmin edin

Ofis daxilində məhdudlaşmağa ehtiyac yoxdur. Zaman keçdikcə bütün fəaliyyət sahələrində dəyişikliklər baş verib və buna uyğunlaşmaq lazımdır. VoİP telefon sisteminə keçid etmək üçün ehtiyacınız olan şey sabit internetə və bulud telefon sistemi ilə işləyə biləcək işçilərə sahib olmaq kifayətdir. Onlar zəng gələndən sonra hətta danışıq zamanı belə zəngi digər cihaza ötürə və rahatlıqla danışa bilərlər. Unutmayın ki, VoİP telefon sistemi vasitəsilə komandanızın imkanlarını genişləndirmiş olursunuz. 


  • Komandanın boş vaxtını maksimum artırmağa çalışın

Vaxt - olduqca qiymətli və limitlidir. Xoşbəxtlikdən, VoİP telefon sistemlərinin xüsusiyyətləri işçilərin vaxtına qənaət etməyə xidmət edir. Heç bir müştərini əldən buraxmamaq üçün bu sistem ideal həll yoludur. Çünki burada səsli ismarıc funksiyası var. Məsələn, işçi zəngə cavab verə bilmədikdə heç bir narahatçılığa ehtiyac yoxdur. Çünki işçinin telefonunda qalan səsli ismarıc avtomatik səs faylı olaraq elektron poçt ünvanlarına göndərilir. Bu sizin müştərilərini rahatlıqla izləməyə imkan verir. 

Müştərilər haqqında informasiyanı birbaşa telefonda saxlamaq və onu CRM ilə inteqrasiya etmək vaxta qənaət edir.

Həmçinin hər hansı bir müştəri haqqında təcili məlumat lazım olduqda da onu vahid platformada tapa biləcəksiniz. Bunun üçün bir neçə sistemi axtarmağa ehtiyac yoxdur.


  • Komandanın inkişafını təmin etmək üçün analitikdən istifadə edin.

VoİP sistemi layihənin idarə edilməsi və hərtərəfli inkişafı üçün bir çox analitiklərə daxil olmağa icazə verir. Belə ki, menecer hesabatlara daxil olub problemin məğzini ön plana çəkmək üçün əsas hissələri komandası ilə bölüşə bilər.

Təşkilatlar analitiklərin onlara verdiyi rəylər nəticəsində öz işlərinin keyfiyyətinə nəzarət edə bilirlər. Zənglər, gözləmə müddəti və işçilərin digər fərdi fəaliyyətləri ilə bağlı məlumatlar onların təkmilləşdirilməsinə kömək edir. 


  • İşçilərin istədikləri məkandan işləməsinə icazə verin

VoİP telefon sisteminə keçdikdən sonra işçiləriniz internetin olduğu istənilən yerdən işləyə bilərlər. Məsələn, işçi evdən çıxmadan həm uşağına baxa, həm də işləyə bilər. Bir başqa işçi səyahət edərək və ya hər hansı bir müştəri ilə görüşərək birbaşa kafedən də işləyə bilər.

Bütün bu rahatlıq işçiləri daha çox motivasiya edəcək və gücləndirəcək. Xüsusilə, Covid 19 pandemiyası dövründə evdən işləmək çoxları üçün artıq adi bir hala çevrildi.