Telefon rabitəsi - hər bir şirkətin əsas kommunikasiya vasitəsidir, düzgün həll seçdikdə zənglər üzrə analitik təhlillər aparmaq, danışıq zamanına qənaət etmək, müştərilərlə bütün danışıqları qeydə almaq və işçilərə nəzarət etmək mümkündür. Bu məqalədə sizə müasir telefon rabitəsinin faydalarından və üstünlüklərindən danışacağıq.
VirtualATS-in əsas gücü onun xidmət dəstinə malik olmasıdır. Şirkət bu xidmət dəstindən fərdi və ya kompleks şəkildə istifadə edərək daha keyfiyyətli xidmət göstərə və daha çox satış edə bilər. Bunu aşağıda daha ətraflı izah edək:
1. Çoxkanallı şəhər nömrələrindən istifadə edin
Bunun vasitəsilə əməkdaşlarınız eyni anda bir neçə zəngə cavab verə bilər. Əks halda müştəri xəttin məşğul olduğunu bildirən qısa səs siqnallarını eşidib əsəbi formada dəstəyi asacaq və rəqiblərinizə müraciət edəcək.
2. Qeyri iş saatları üçün səsli bildiriş qoyun.
24/7 aktiv olun. Əməkdaşlarınız ofisdə olmadığı zamanda belə VirtualATS əvvəlcə yazılan səsli bildirişlər vasitəsilə müştərilərinizə vacib məlumatları, həmçinin iş vaxtı haqqında məlumat verəcək.
3. İtən/buraxılmış zənglər üzərində işləyin
VirtualATS cavabsız və buraxılmış zənglər siyahısınıtəhlil edin. Bura qeyri iş vaxtında və ya əməkdaşların hə hansı səbəbdən telefona cavab vermədyi vaxtlarda gələn zənglər daxildir. Buraxılmış zənglərlə iş nəticəsində müştərilərinizi itirməyəcəksiniz.
4. Əməkdaşlarınızın xidmətlərinizdən imtina edən müştəri ilə bütün danışıqlarına qulaq asın
Müştəri ilə ünsiyyət zamanı kobudluğun olub-olmaması, danışıq alqoritmlərinə (skriptlər) düzgün riayət edilməsi və əməkdaşınızın nəyi-necə təklif etdiyini hər zaman biləcəksiniz. Həmçinin bütün danışıqları dinləyərkən müştərinin şirkətinizdən niyə imtina etdiyini və hansı məsələlərdə dəyişikliklərə ehtiyac olduğunu öyrənəksiniz.
5. Saytınıza "Geri zəng" avtomatik zəng düyməsini quraşdırın
Balaca bir modul satışlarınızı 30%-dək artıra bilər. Müştəri öz nömrəsini xüsusi formada qeyd edir və sistem onu avtomatik olaraq əməkdaşınıza yönləndirir. Burada heç bir insan faktoru rol oynamır və "Zəng etmək yadımdan çıxdı" kimi bəhanələr işlənmir. Sayt ziyarətçisi nömrəsini daxil edib "geri zəng et" düyməsini tıklayan kimi, əməkdaşınızın telefonu zəng edir.
6. İstifadəçi qruplarından istifadə edin
Satış şöbəsinin əməkdaşlarını bir qrupda birləşdirməklə əməkdaşlarınızı daha çox satış etməyə həvəsləndirmiş olacaqsınız. Bu zaman müştəri nömrəni yığır və hər şöbənin bütün əməkdaşlarının telefonu zəng çalır.
7. Ehtiyat nömrəsinə yönləndirməni təşkil etməklə hətta qeyri iş vaxtlarında belə satış edə bilərsiniz. Satış etmək üçün günün 24 saatı ofisdə olmağa ehtiyac yoxdur. Şirkət nömrəsini qeyri iş vaxtlarında mobil telefonunuza yönləndirməklə bütün hallarda zənglərə cavab verə bilərsiniz.
VirtualATS bulud texnologiyaları əsasında İP-telefoniya idarəetmə proqram təminatıdır və təkcə zəng etmək-qəbul etmək funksiyasını yerinə yetirmir. Onunla bir çox işlər görmək mümkündür - zəngləri işçilər arasında avtomatik çeşidləmə, danışıqların qeydə alınması, statistika, CRM və digər proqram təminatları ilə inteqrasiya etmək və s.
VirtualATS - şirkətlərə daha çox satış etməyə, işçilərə daha yaxşı nəzarət etməyə və müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradan bir alətlər toplusudur.
VirtualATS-in əsas rəqibi fiziki ATS-dir, əsas fərqləndirən üstünlükləri isə bunlardır:
1. VirtualATS üçün bahalı avadanlıq almaq, onu ofisdə yerləşdirməyə və nəzarət edən mütəxəssisləri saxlamağa ehtiyac yoxdur. Hər şey provayderdə yerləşir.
2. Bu avadanlığın qurulması (həmçinin yenidən qurulması) üçün pul və əsəb israf etməyə ehtiyac yoxdur. Hər şey təchizatçı tərəfindən pulsuz və sürətli formada yerinə yetirilir.
3. VirtualATS bir çox imkanları özündə birləşdirir - xüsusi bilikli əməkdaşlara və əlavə avadanlıqlara xərc çəkmədən bütün rabitə sisteminizi idarə edə bilərsiniz. Həmçinin CRM və digər kənar proqram təminatı ilə inteqrasiya edərək daha sürətli iş prosesi əldə etmiş olursuz.
VirtualATS şirkətlərin daha yaxşı və daha çox satması üçün yaradılmış xidmətdir, 012 488 6606 ilə əlaqə saxlayın və bu gündən daha çox satmağa başlayın.