Günümüzdə VoİP üzərindən səsin ötürülməsi sayəsində danışıqlar daha aydındır və yalnız internet bağlantısı tələb edir. Bütün bunları mümkün edən kodeklərdir.
VoİP kodeklər nədir?
VoİP kodek səsin keyfiyyətini, ötürmə qabiliyyətini və VoİP üzərindən ötürülən səsin sıxılmasını müəyyən edən texnologiyadır. Kodeklər ya patentli, ya da açıq mənbəli(open-source) alqoritmlərdən istifadə edir.
Codec(kodek) ifadəsi 2 sözün birləşməsindən əmələ gəlmişdir – Compression(sıxılma) və Decompression(açılma)
Kodeklərlə hər hansı filmi bir neçə saata yox, bir neçə dəqiqəyə yükləyə bilirsiniz. Kodeklərin praktiki nümunələrinə - JPEG, AES, H.264, MP3 və s. daxildir. Məsələn, kodeklər youtube və ya netflixdə video izləyərkən onun keyfiyyətini və ötürmə qabiliyyətini müəyyənləşdirir.
VoİP vəziyyətində kodeklər ilk öncə analoq səs siqnallarını rəqəmsal paketlərə və ya ötürmə üçün sıxılmış rəqəmsal formaya salır, daha sonra isə yenidən sıxılmamış siqnala çevirir. Zənglər internet vasitəsilə gəldiyi üçün VoİP kodekləri danışıq zamanı səsin keyfiyyətini və gecikmə müddətini müəyyənləşdirir.
Siz internet üzərindən danışıq zamanı bəzi problemlərlə qarşılaşa bilərsiniz. Əgər sizin VoİP provayderinizin bir neçə məlumat mərkəzi varsa, bu halda zənglərin əksəriyyətində problem olmayacaq.
Kodekin uğurlu olması onun başqa cihazlarla uyğunlaşa bilməsindədir.
Bütün kodeklərin yeganə məqsədi məlumatın sıxılması və sürətlə keyfiyyətli formada ötürülməsidir.
İP cihazları üzərindən səs siqnalları rəqəmsal paketlərə çevrilir və yerli şəbəkə(LAN) vasitəsilə ötürülür. Bu məlumat paketlərinə üstünlük vermək üçün Xidmətin keyfiyyəti (Quality of Service (QoS)) xüsusiyyətindən istifadə edə bilərsiniz. QoS keyfiyyəti qorumaqda VoİP kodeklərinə kömək edir.
VoİP kodekləri arasındakı yeganə fərq səsin sıxılma tərzindədir. Səsin sıxlaşdırılması ötürmə qabiliyyətinə təsir göstərir. Sənədləri sıxlaşdırmaq mümkün olmadıqda çox yer tələb edəcək və bu da şirkət üçün problemə səbəb olacaq.
Şirkət rəhbərləri daha keyfiyyətli iş üçün VoİP kodek protokollarından istifadə etməlidirlər.
Bu tədbirlər şirkətlərin öz potensial planlarını artırmağa, xərclərin azalmasına və şirkət üçün daha uzunmüddətli investisiya qoymağa kömək edəcək.
Bulud VoİP telefon sistemləri uzaqdan işləyən komandalar üçün daha əlverişli ola bilər. Onun vasitəsilə əməkdaşlar video konfranslar və şəhərlərarası danışıqlar keçirərək bir-birilə əlaqə saxlaya bilərlər.
Səsin keyfiyyətinin əsasları
Etibarlı VoİP sistemləri milyonlarla şirkətin əsasını təşkil edir. Çünki uğurlu işgüzar ünsiyyət qurmaq üçün telefonda səs keyfiyyəti mütləqdir.
Səs keyfiyyəti ilə əlaqəli bilməli olduğunuz bir neçə terminlər vardır:
Sample rate(Nümunə dərəcəsi) – Nümunə tezliyi kimi də tanınır. O, 1 saniyədə alınan səs nümunələrini ifadə edir.
Bitrate – Səsə ötürülən məlumatın miqdarı deməkdir. Yəni 1 saniyədə nə qədər məlumatın ötürüldüyünü ifadə edir.
Bandwidth – Məlumatı alıb geri göndərdiyiniz sürəti ifadə edir. Həmçinin ötürülmə sürəti hər saniyədə ötürülən nümunələrin sayı deməkdir.
HD Səs danışığın keyfiyyətini necə yaxşılaşdırır?
Çox güman ki, insanın səsinin telefonda və üz-üzə danışarkən fərqli səsləndiyini hiss etmisiniz. Çünki telefon insan səsinin vurduğu hər frekansı tuta bilmir.
İnsan nitqinin diapazonu 80 - 14,000 Hz-dir. Tezlik nə qədər az olarsa, səs bir o qədər dərin olur.
Telefon səsi 2 zolaqdan ibarətdir – darzolaqlı və genişzolaqlı.
Darzolaqlı örtüklərin səs tezliyi diapazonu 300 Hz - 3400 Hz arası, genişzolaqlı örtüklərdə isə 50 Hz - 7000 Hz arası olur.
VoİP kodeklərin daha geniş istifadə olunan 3 növü
G.711
Beynəlxalq Telekommunikasiya Birliyi 1972-ci ildə G.711 kodekini yenidən istifadəyə verdi. Bu kodekin 2 növü mövcuddur - μ-law və A-law. ABŞ və Yaponiya μ-law, Avropa isə A-law-dan istifadə edir.
Bu kodek alqoritmik sıxışdırma yolları ilə 16 bitlik nümunələri 8 bitə sıxa bilər. Nəticə olaraq sıxlaşdırma nisbəti 1:2-ə bərabər olur.
Həmçinin səsin keyfiyyəti artdıqca yüksək ötürmə sürəti də tələb olunur. Bundan başqa, bu kodek bir çox kodeklər kimi (G.729) çoxsaylı telefon zənglərini dəstəkləmir.
Lisenziyalaşdırma haqqı tələb etmədiyinə görə bu kodekdən hər növ VoİP tətbiqetmələri üçün istifadə edə bilərsiniz. Rəqəmsal sıxlaşdırma yoxdur və məhz buna görə ümumi istifadəyə verilən telefon şəbəkəsi ilə birləşdirmək üçün ən ideal kodek hesab olunur.