Neçə telefon xəttinə ehtiyacımız var?

22-05-2021

Neçə telefon xəttinə ehtiyacımız var?

Bu məqaləmizdə nə qədər VoİP xəttinə ehtiyacınız olduğunu müəyyənləşdirmək üçün fərqli nüanslara toxunacağıq.
"Telefon xətti" anlayışı ənənəvi stasionar telefon sistemlərindən gələn köhnə bir termindir. Bundan əlavə əksər bizneslərin öhdəliyinə götürdüyü VoİP xidmətlərinin geniş istifadə edildiyi indiki müasir dövrdə bu anlayış bir çox fərqli kontekstlərdə işlənir. Ofis daxilində nə qədər VoİP xəttinə ehtiyacımız var? Əgər siz bir telefon xəttini və bir neçə uzantını necə quracağınızı öyrənmək istəyirsinizsə, o zaman sizə lazım olan məqaləni oxuyursunuz.
Ümumiyyətlə, "Telefon Xətti" nədir ?
"Telefon xətti" və "xətt" yaxın keçmişdə tez-tez eşitdiyimiz terminlərdir. Stasionar telefon sistemlərində istifadə olunan xətt divar daxilində yerləşən və gələn/çıxan zəngləri idarə etməyə imkan verən bir xəttdir. Stasionar telefon sistemindən istifadə edən hər bir ofis telefonu telefon xidməti almaq üçün bu fiziki xəttlərdən birini tələb edir. 
VoİP telefon sistemləri isə sizdən fiziki naqillər quraşdırmağı tələb etmir. VoİP masaüstü telefonları Ethernet kabelləri vasitəsilə sizin internet şəbəkənizə qoşulur. Softfonlar və veb telefonları isə sizin VoİP telefon sisteminizə simsiz internet vasitəsilə qoşula bilir. Bu sizə aktiv internet şəbəkəsi olan istənilən yerdən biznes telefon sisteminizə qoşulmağa imkan verir. 
Beləliklə, telefon xəttləri dünyada məşhur bir terminə çevrilmişdir. Lakin VoİP sistemlərində telefon xəttləri fərqli mənada işlənir. Çünki VoİP sistemləri ənənəvi mənada telefon xəttlərindən istifadə etmir. 
Sizin xəttiniz hansıdır?
Sizin ofisinizin neçə telefon xəttinə ehtiyacı var? Bu əsasən sizin "xətt" sözündən necə istifadə etdiyinizdən asılıdır. Aşağıda "xətt" anlayışının sizə görə nə ifadə etdiyini aydınlaşdırmaq üçün suallar verilmişdir.
  1. Telefona ehtiyacı olan işçilərin sayını göstərməyə çalışırsınız?(məsələn 20 işçimiz varsa, deməli 20 xəttə ehtiyacımız var)
  2. Ehtiyacınız olan fiziki telefonların sayını göstərməyə çalışırsınız?(məsələn, 15 otağımız varsa, deməli 15 xəttə ehtiyacımız var)
  3. Təşkilatın eyni vaxtda idarə edə biləcəyi gələn\gedən zənglərin sayını göstərməyə çalışırsınız?(məsələn, müştərilərin istənilən vaxtda texniki komandamızla əlaqə yarada bilməsi üçün 10 xəttə ehtiyacımız var)
  4. Biznesinizin ehtiyac duyduğu telefon nömrələrinin sayını göstərməyə çalışırsınız?(məsələn, bizim 2 telefon xəttinə ehtiyacımız var, biri Bakıdakı ofisimiz üçün, digəri isə Gəncədəki ofisimiz üçün)
  5. Hər bir şəxsin eyni vaxtda qəbul edə biləcəyi zənglərin sayını göstərməyə çalışırsınız?(məsələn, eyni vaxtda 6 zəng qəbul edə bilmək üçün tək-tək uzantıya ehtiyacımız var)
İndi isə qeyd etdiklərimizi ətraflı izah edək:
1) Xətt – İşçilərin sayı
Əgər siz ofisinizdə işçilərin sayına görə xəttlərdən istifadə edirsinizsə, onda siz istifadəçi və ona ayrılmış yerdən danışırsınız. Bu misalda, hər bir istifadəçi səslipoçt qutusu, zəng yönləndirmə, gözləmə musiqisi kimi əlavə xüsusiyyətlərə malik uzantıya və telefona malikdir. Beləliklə, siz 1 telefon xəttinə və bir neçə uzantıya sahib ola bilərsiniz.           
2) Xətt – Telefonların sayı
Bəzi müəssisələr ehtiyac duyduqları fiziki telefonların sayına əsasən xəttlərə üstünlük verə bilərlər. Belə hal daha çox məktəb və xəstəxana kimi müəssisələrdə olur, orada telefonlar adam başına deyil, otaqlar üçün bölünür.
Ofislər arasında tez-tez gediş-gəliş edən istifadəçilərin hər yerdə masaüstü telefonu ola bilər. Belə olduqda, cihazların sayı istifadəçilərin sayından çox olacaq.
Bəzi VoİP provayderlər eyni istifadəçinin ofis telefonu və mobil softfon tətbiqi üçün birdən çox qeydiyyatına icazə verir. Bu telefonların hər ikisi istifadəçi üçün təyin olunur və inzibatçı onlar arasında zənglərin yönləndirilməsini təşkil edə bilər. Bu halda, şəbəkənizdə qeydiyyatdan keçmiş cihazların sayından daha az yerə ehtiyacınız olacaq.
3) Xətt – Eyni vaxtda gələn/gedən zənglərin sayı
Bəzən istifadəçilər eyni vaxtda idarə edilə bilən gələn/gedən zənglərin sayına əsasən xətt əldə etməyə çalışırlar. VoIP istifadə edərkən müəyyən xidmətlərdən istifadə edə bilərsiniz ki, bu xidmətlər eyni anda gələn zəngləri məhdudlaşdırmağa icazə verir. Lakin eyni vaxtda çoxlu və ya məhdud olmayan zəngləri yerinə yetirməyə imkan verən xidmətlər də var.
Eyni vaxtda edilən zənglərin maksimum sayı zəng mərkəzləri, dəstək/satış növbələri və daha böyük həcmli digər əməliyyatlar üçün çox vacibdir. Bu qruplar çoxlu sayda daxil olan zəngləri qəbul etdikləri üçün və onların biznes modelləri etibarlı xidmətdən asılı olduğundan, onlar bir qayda olaraq «xətləri» eyni vaxtda zənglərə əsasən nəzərdən keçirirlər. Əgər siz məhdud olmayan qiymət planlarını nəzərdən keçirirsinizsə, bir telefon nömrəsinə eyni vaxtda neçə zəngin daxil olduğunu öyrənmək üçün müddəalar və şərtləri gözdən keçirin.
4) Xətt – Telefon nömrələrinin sayı
Ənənəvi olaraq hər bir ofisin unikal telefon nömrəsinə ehtiyacı var. VoİP xidmətləri ilə bir neçə yer eyni telefon nömrəsindən(uzantılar vasitəsilə) istifadə edə bilər. Məsələn, siz müştəriyə hansı yerə zəng etdiyini seçmək üçün avtomatik işçi təyin edə bilərsiniz(Məsələn, Bakı üçün 1, Gəncə üçün 2)
Əlbəttə ki, bir neçə ictimai nömrədən istifadəyə üstünlük verən müəssisələr də mövcuddur. Bu halda, sizə lazım olan xəttlərin sayı sahib olduğunuz telefon nömrələrinin sayına bərabərdir. 
5) Xətt – Bir istifadəçiyə düşən paralel zənglər
Əgər siz bir istifadəçiyə düşən paralel zənglərin sayına görə xəttlərə sahib olmaq istəyirsinizsə, onda bu say sizin  istifadə etdiyiniz İP telefonlar tərəfindən məhdudlaşdırılır. Telefonda qeydiyyatdan keçmiş SİP ünvan eyni vaxtda gələn/gedən zəngləri idarə edə bilər(adətən, 6-dan 8-ə qədər). Əgər telefonda bir SİP ünvan aktivdirsə, onda işçi eyni vaxtda 8 zəngi idarə edə bilir və məşğul olduğuna dair mesaj ötürür.
Sizin neçə VoİP xəttinə ehtiyacınız var?
Gördüyünüz kimi telefon xətti kontekstdən asılı olaraq müxtəlif məna ifadə edir. Əksər hallarda, şirkətin ehtiyac duyduğu telefon nömrələrinin sayına üstünlük verəcəksiniz. Digər hallarda 1 istifadəçiyə düşən qeydiyyatların sayı və telefon nömrəsinə gələn paralel zənglərin sayı əsas götürülür. 
VoİP provayderi seçərkən az qiymətlə yüksək rahatlıq təmin edən birini seçin. Məsələn, məhdud olmayan paralel zənglərə və 1 istifadəçi üçün 1-dən çox qeydiyyata icazə verən provayderla siz daha az istifadəçi və telefon nömrəsi üçün ödəniş edəcəksiniz. Zənglərinizin trafikindən asılı olaraq 1 telefon nömrəsinə də ehtiyacınız ola bilər.