Ənənəvi
İP telefoniya şəbəkəsi, sürətlə dəyişən iş dünyasının ehtiyaclarına cavab verə bilirmi?
İnvestisiya dəyəri, texniki işçilərə olan ehtiyac, inteqrasiya xərcləri, sürət problemləri…
Ənənəvi İP telefoniya şəbəkəsi həm günün tələbatını ödəyə bilmir, həm də inkişaf edən texnologiyalarla ayaqlaşa bilmir.
Bulud texnologiya əsaslı VirtualATS həlləri ilə tariflər arası keçidlər və sürətli müştəri təcrübəsi yaradın.
Çağrı mərkəzinizi modern texnologiya ilə idarə edin. İP telefoniya şəbəkəsini
buluda köçürmək üçün 7 səbəb:
1) Minimal xərcƏnənəvi İP telefoniya və mini ATS şəbəkəsi avadanlıq, quraşdırma, texniki xidmət kimi bir çox xərclər yaradır və ciddi vaxt itkisinə səbəb olur. Bütün bu proseslər ənənəvi çağrı mərkəzlərinin texnologiyaya və dəyişən iş ehtiyaclarına ayaq uydura bilməməsinə gətirib çıxarır.
Bulud əsaslı çağrı mərkəzi üçün yalnız 1 şeyə ehtiyac var: İnternet. Beləliklə, bulud əsaslı həllər ilə ənənəvi İP telefoniya infrastrukturunun yüksək xərclərindən azad olub, şirkət xərclərinizi minumuma endirə bilərsiniz.
2) Sürət və çeviklikBöyük server otaqlarına, məlumat mərkəzinə və texniki avadanlıqlara heç bir ehtiyac olmaması,
bulud əsaslı telefoniya sistemi ilə sürətli və effektiv nəticələr əldə edin. Ənənəvi çağrı mərkəzlərində quraşdırma prosesi aylar çəksə də, bulud əsaslı sistemin qurulması bir neçə saata başa gəlir.
Həmçinin ənənəvi telefoniya sistemləri qurulduqdan sonra, hər hansı düzəliş istəkləri əlavə zaman və maliyyə tələb edirsə, Virtual ATS bütün imkanları çevik istifadə etmə imkanı yaradır.
3) İnteqrasiyaBulud əsaslı İP telefoniya açıq API təqdim etdiyi üçün CRM tətbiqləri və kənar proqram təminatları ilə asanlıqla birləşdirilə bilər. İP telefoniya şəbəkənizi buluda köçürərək, vahid bir platformaya çevirmiş olacaqsınız. İnteqrasiya sayəsində şirkətinizin səmərəliliyini artıraraq, iş proseslərinizi mükəmməlləşdirin.
4) Asan istifadəƏnənəvi İP telefoniya şəbəkələri olduqca mürəkkəb sistemlərdir və istifadəsi asan deyil. Ənənəvi İP telefoniya şəbəkəsi yararsız və qarışıq interfeyslər səbəbindən bir çox prosesin uzanmasına səbəb olur. Bulud əsaslı İP telefoniya şəbəkəsi, həm quraşdırma, həm də istifadə zamanı bütün prosesləri sadələşdirərək, istifadəçilərə asan istifadə imkanı təqdim edir.
5) Texniki kadrlara olan ehtiyacınızı azaldınGünümüzdə əksər şirkətlər dəyişən ehtiyaclara və trendlərə uyğunlaşmaq üçün modern texnologiyaya ehtiyac duyur. Məlumat mərkəzi, proqram təminatı və bahalı avadanlıqlar kimi ehtiyacları azaldaraq, bu infrastrukturun idarəsini həyata keçirən texniki mütəxəssislərə ayrılan xərclərdən azad olacaqsınız.
6) İstənilən vaxt tarif dəyişikliyiVirtualATS sisteminizdə tarif dəyişiklikləri çox asandır. Qısa zaman ərzində hər hansı bir tarifdən digər tarifə keçid və geriyə keçid həyata keçirmək mümkündür. Zəng həcminiz artdıqca və ya azaldıqca tarif dəyişikliyi edə bilərsiniz.
7) ƏlçatanlıqAzərbaycan ərazisi daxilində, internetin olduğu hər yerdən
Virtual ATS sisteminizə qoşula bilərsiniz.
İstər ofisdən, istər evdən, internetin olduğu hər yerdən müştərilərinizlə əlaqəyə keçin.