Şirkətimiz inkişaf etdikcə bəzi qaydalara düzəliş və yeniliklər etməyimiz mütləqdir, xidmətlərin ödəniş qaydaları və endirimlər haqqında son yenilikləri diqqətinizə çatdırırıq:
- Xidmət haqqının ödənişi hər ayın ilk 5 iş günü ərzində həyata keçirilməlidir. Ödəniş periodu ay daxili olan bütün müştərilər bu ayın sonunadək olan ödəniş hissəsinin hesab fakturasını, həmçinin qaiməsini əldə edəcəklər. Ödəniş bu formula üzrə hesablanır: xidmət dəyəri/ay daxili gün sayı*xidmətdən istifadə etdiyi gün sayı).
- VATSMidi və VATSMini tariflərində aylıq ödənişdən, kvartal ödənişinə keçid. Bu tariflərin ödənişi 70AZN və 100AZN təşkil etdiyindən 3 aylıq avans ödənişlə həyata keçirilməsi qərara alınmışdır. Ödəniş bu formula üzrə hesablanır: (xidmət dəyəri/ay daxili gün sayı*xidmətdən istifadə etdiyi gün sayı)+kvartalın sonuna qədər qalan ayların ödənişi). Xidmətdən imtina edildiyi halda, qabaqcadan ödənmiş və istifadə edilmədiyi məbləğ 5 iş günü ərzində geri qaytarılır.
- İllik ödəniş olunduğu halda 10% endirim. Bütün VirtualATS tarifləri üzrə illik ödəniş olduğu təqdirdə, 10% endirim tətbiq edilir, xidmətdən vaxtından əvvəl imtina edildiyi halda müştərinin ödənişinin qalığı endirimsiz hesablanmaqla 5 iş günü ərzində geri qaytarılır.
Ödəniş qaydaları və üsulları haqqında daha ətraflı məlumat üçün
linkə keçid edin.