Ticket yaratma sistemi

28-04-2021

Ticket yaratma sistemi

Xidmətlərin rahat alışı, həmçinin yaranan texniki problemlərin, istənilən növ sorğuların operativ həlli üçün müştərilərimizə https://my.azerizone.net/ portalını istifadəyə verdik. Burada yaradılan sorğular real-taym həm texniki, həm də korporativ şöbənin əməkdaşlarına çatır və bu da imkan verir ki, texniki şöbənin əməkdaşları yaranan texniki problemləri sürətli həll etsin və ya sorğulara cavab versin. https://my.azerizone.net/clientarea.php portalında sorğu yaratmaq üçün müştəri Giriş bölməsində istifadəçi adını (________) və şifrəsini (______) yazaraq öz panelinə daxil olur. Aşağıdakı şəkildə göstərildiyi kimi “Yeni sorğu aç” menyusunun üzərinə klikləyir. 



Bundan sonra açılan pəncərədə “Başlıq” hissəyə sorğunun mövzusunu qeyd edir. “Əlaqəli xidmət”lər hissəsində isə sorğunun hansı xidmətə aid olduğu seçilir. Sorğunun mahiyyətini isə “Vaciblik” bölməsində yüksək, orta və alçaq olaraq dəyərləndirir. İsmarıc hissəsinə isə sorğunun məzmunu geniş şəkildə qeyd edilir.



Sorğunun göndərildiyi an əməkdaşlarımız sorğunu qəbul etdiyini təsdiqləyir və məsələnin həll olunması üçün prosesə başlayır. 
Operativ dəstəyin göstərilməsi, xidmətimizin əsas mahiyyətindən və müştərilərimizə verdiyimiz dəyərdən irəli gəlir. Sorğuların yaradılması ilə bağlı əlavə hər hansı sualınız olarsa, 0124886606 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsiniz.