Bir çox hallarda müştəri hər hansı bir şirkətə zəng vurur və bir müddət yalnız qudok səsinə qulaq asaraq xəttdə gözləməli olur. Əgər müştəri bu vəziyyətdən sıxılıb dəstəyi asırsa, bu biznesiniz üçün itkiyə səbəb ola bilər. Müasir dövrümüzdə bu kimi narahatçılıqları aradan qaldırmaq üçün IVR menyu köməyimizə gəlir. Bu məqalədə IVR menyu və onun üstünlükləri haqqında məlumat verəcəyik.
IVR menyu nəyə görə lazımdır?IVR menyunu zəruri edən səbəb onun maraqlı olması və müştəriləri uzun müddət xəttdə saxlaya bilməsidir. Gözəl melodiyaya qulaq asa-asa gözləmək heç də yorucu olmur. Ola bilər ki, sizin çağrı mərkəzinizdə 10 nəfərdən çox abonent zəngə cavab verilməsini gözləyir. Belə olan halda onların qudok əvəzinə gözəl musiqi dinləməsi daha əlverişlidir.
Musiqi biznesə necə kömək edə bilər?Müştərilərinizə nə qədər çox etimad göstərsəniz, bir o qədər çox satışınız olacaq. Müştəri tərəfindən dəstəyin asılması təbii ki, biznes üçün fəlakət deyil. Məsələn, VirtualATS işçilərinizi sığortalayır, yəni buraxılmış zəngi görüb yenidən zəng etmək kimi imkanınız olur. Buna baxmayaraq, yenə də müştərinin səbrini yoxlamağa və ya onu xəttdə yormağa dəyməz. Gözləmə müddətini melodiya ilə əvəz etmək daha məqsədəuyğundur. Gözləyərkən əsəbləşən müştərinin qəzəbini ona ritmik musiqi dinlətməklə azaltmaq düşündüyünüzdən daha asandır. Çünki gözləmə müddətində müştərinin diqqəti musiqiyə yönəlir və zamanın necə keçdiyini hiss etmir. Əlbəttə ki banklarda istifadə olunan musiqi ilə uşaqlara xidmət göstərən agentliyin musiqisi arasında çox fərq olacaq. Bundan əlavə siz artıq musiqi ilə də tanınacaqsınız. Çünki sizin IVR menyunuzda çalınan melodiyanı insanlar başqa yerdə eşitdikdə dərhal sizi xatırlayacaqlar.
Hansı musiqini seçmək lazımdır?Müştəriləriniz sizin hər şeyinizdir. Onlar kimdir? Nəyi bəyənirlər? Sizə niyə zəng edirlər?
Əlbəttə ki, gənclər daha çox rəqs ritmində olan musiqiləri bəyənirlər. Amma daha yaşlı auditoriya məsələn, 45 yaşdan yuxarı olan insanlar daha çox klassik musiqiyə üstünlük verirlər. Belə olan hallarda balansı saxlamaq üçün köməyimizə universal fon musiqisi gələ bilər. Hansı ki, müştəri onu dinləyərkən nələrsə düşünməyə başlayacaq, bir növ medidativ transa daxil olacaq və zamanın getdiyini hiss etməyəcək. Sandals & Dreams adlı musiqi buna misal ola bilər.
IVR musiqini dəyişmək mümkündürmü?Bu mümkündür, hətta lazımdır. Bu əsasən mövsümi melodiyalara aiddir. Məsələn, müştərilərə Yeni il öncəsi bayrama aid musiqi dinləmək daha xoş olar. Burada əsas diqqət edilməli məsələ bir müddət sonra musiqini dəyişməyi unutmamaqdır. Təbii ki, bayram bitdikdən sonra həmin musiqini dinləmək maraqsız və qeyri-peşəkar görünə bilər.
Musiqiyə nə əlavə etmək olar?Ən çox edilən səhvlərdən biri müştəri melodiyanı dinləyərkən musiqini yarıda kəsib "Salam! 10 dəqiqə gözlədiyinizə görə üzr istəyirik" və ya "Sizin zənginiz bizim üçün vacibdir" kimi bildiriş xarakterli ifadələrdən istifadə etməkdir. Bunu deyərək müştərini düşüncə axınından çıxararaq nə qədər müddət gözlədiyini bildirmək əvəzinə şənlik günlərində olan endirimlər, kompaniyalar, müxtəlif proqramlar və qeyri-iş günlərinin qrafikası kimi daha faydalı məlumatlar verə bilərsiniz.
Azerizone şirkəti olaraq müştərilərimizə onların istəklərindən asılı olaraq IVR menyunun yazılmasında hər zaman kömək edirik.