VirtualATS təkcə adi telefonlardan deyil, həmçinin internetə qoşulmuş kompüter, planşet və SİP telefonlardan həm zəng etməyə, həm də zəngi qəbul etməyə imkan verir.
Bu məqalədə VirtualATS istifadəsinə imkan verən avadanlıqların bütün xüsusiyyətlərini nəzərdən keçirəcəyik və ən uyğun olanını təyin etməkdə sizə kömək edəcəyik.
Adi telefonlar
Adi telefonlar geniş yayılan, etibarlı və daha tanış modellərdir. Onlar yaxşı erqonomikaya malikdirlər və istifadəçiləri keyfiyyətli rabitə əlaqəsi ilə təmin edirlər.
Digər tərəfdən, onları yalnız analoq telefon şəbəkəsinə qoşmaq olur, bu da çoxkanallı nömrələrin istifadəsini mümkün etmir. Cihaz nə qədər çox olarsa, kabelə də bir o qədər çox ehtiyac duyulur. Bu cür imkan hər zaman əlverişli olmur, lakin ofis köçürülməsi hallarında bu əsl problemə çevrilə bilər.
Digər mənfi cəhət - əlavə avadanlıq olmadan adi telefondan VirtualATS vasitəsilə zəng etmək mümkün deyil. Əgər sizə ancaq müştəri zənglərini qəbul etmək lazımdırsa, heç bir yerə köçməyi düşünmürsünüzsə, telefonun qurulmasında və naqillərdə heç bir problem yoxdursa - belə hallarda bu xüsusi konverterlərdən istifadə edərək VirtualATS-ə qoşulmaq sizin üçün əlverişlidir.
Softfonlar
Bu qurğu deyil, proqram təminatıdır. Softfonların köməkliyilə SİP protokolları vasitəsilə bağlantı qura bilərsiniz. Bu 2 və daha çox istifadəçi arasında səsli mesaj mübadiləsi aparmağa imkan verən müasir proqram təminatıdır. Ondan istifadə tamamilə pulsuzdur. Tələb olunan təkcə itkisiz internetin olmasıdır.
Softfonlar kompüter və mobil cihazlar üçün hazırlanmışdır. Əsas üstünlüyü isə zəng etmək və ya qəbul etmək üçün təkcə iş yerində olmaq vacib deyildir. Lakin softfonlar xüsusilə mobil qurğular üçün keyfiyyətli əlaqəni kifayət qədər təmin edə bilmir. Proqram quraşdırıldığı avadanlığın ehtiyatlarından istifadə edir. Bu zaman prosessorun tətbiqə daha çox imkanlar verməsi kimi vəzifəsi olmur. Belə halda proqram çox yüklənir, ehtiyat çatışmazlığı yaranır və əlaqənin pisləşməsi ehtimal olunur.
Kompüter üçün olan versiyaların da çatışmazlıqları mövcuddur. Bunun üçün qarniturdan istifadə etmək lazımdır. Əgər qarnituru çıxarsanız, bu zaman gələn zəngi eşitməyəcəksiniz. Həmçinin keyfiyyətli qulaqcıqlar İP telefonlardan daha baha və tez sıradan çıxandır.
Beləliklə, rabitəyə qənaət etməsinə və adi telefonlarla müqayisədə daha dinamik olmasına baxmayaraq əlaqə zamanı baş verən bəzi problemlər onun istifadəsinə məhdudiyyətlər qoyur.
SIP-telefon cihazları
Xarici görünüş baxımından adi telefonlardan fərqlənməyə bilər. SİP cihazları bir çox tanınmış şirkətlər tərəfindən istehsal olunur və fərqli xüsusiyyətlərə malikdir. Hətta ən sadə SİP telefonları belə adi telefonlarla softfonların üstünlüklərini özündə birləşdirir. Onların bir çox əlavə üstünlükləri də vardır.
Səmərəli SİP rabitə protokolu həm sərfəli, həm də keyfiyyəlidir. Kodeklərlə qurulan SİP telefonu hömsöhbətlərin səsini itkisiz və dondurmadan ötürür.
SİP telefon adi telefondan daha dolğun informasiyanı özündə əks etdirir. Söhbətin sonunda balans haqqında, danışıq zamanı isə həmsöhbətin adı və soyadı çıxır. Həmçinin əlavə işıq idikatoru digər abonentlərin xətlərinə (məşğul/boş) və onlar üçün nəzərdə tutulmuş zənglərə nəzarət etməyə imkan verir (məsələn, işçilərdən biri yerində olmadığı müddətdə).
SIP-telefonlardan istifadə edərkən nömrələrin məlumat bazasının yaradılması və yenilənməsi üçün əlavə iş tələb olunmur. Şirkətin bütün işçiləri Şəxsi Hesabdan əlavə edilmiş işçilərin siyahısının son versiyasından avtomatik olaraq istifadə edə biləcəklər. Təşkilat nə qədər böyükdürsə, bir o qədər çox resurs saxlanılar.
Beləliklə, SİP telefondan istifadə əlaqəni daha sadə, sərfəli və rahat edir. Bu, zənglərlə işləmək üçün ən müasir və etibarlı bir cihazdır.