VirtualATS əməkdaşların əmək məhsuldarılığını artırmaq və müştəriləri məmnun etmək üçün bir çox vasitələrə sahibdir. Məqalədə VirtualATS vasitəsilə təqdim mümkün olan bir neçə həllər haqqında ətraflı məlumat təqdim edirik.
Şirkət daxil olan zəngləri keyfiyyətli emal edirsə, müştərilər hər zaman məmnundur və satış səviyyəsi daim yüksək olur.
1. "Personal menecer" funksiyasından istifadə edin. Bu zaman müştərinin zəngi növbədə gözləmədən avtomatik onun şəxsi mencerinə yönləndiriləcək. Bu halda zəng edənin vaxtına qənaət edilir və müştəri məmnun qalır. Şirkətin zəng edənlərlə işini düzgün və effektiv görməsi müştərinin hər zaman sizdən razı qalması üçün əsas səbəblərdən biridir.
2. Zəng hesabatlarını təhlil edin. Bununla siz işdən yayınan və ya yüksək nəticə göstərən əməkdaşları tanıyacaqsınız, VirtualATS vasitəsilə zəngləri daha yaxşı təhlil edə bilərsiniz. Həmçinin dəyişdirilməli olan nöqtələri görəcək, kimi işdən çıxarmalı - kimə isə bonus düşdüyünü biləcəksiniz.
3. Yeni əməkdaşları maarifləndirmək və mövcud işçilərə nəzarət etmək üçün qeydə alınmış danışıqların səs yazılarından istifadə edin. Müştəri xidmətləri və ya satış şöbəsinə yeni işçi gəldikdə ona təcrübəli işçilərin səs yazılarını dinlədin. Bununla verdiyi sözə əməl edənləri, kobudluğun olub-olmamasını, səhvlərin buraxıldığını müəyyənləşdirə biləcəksiniz. Hər hansı bir mübahisə dərhal həll ediləcək və şirkət öz müştərisini itirməyəcək.
4. Telefoniyanızı CRM sistemlərinə inteqrasiya edin. Zəng zamanı müştərinin mövcud məlumat kartı əks olunur. Əgər yeni müştəri zəng edirsə, bu zaman ona yeni bir kart yaradılır. Belə olduğu hallarda siz hər zaman müştəri haqqında məlumata sahib olacaqsınız. 1 kliklə birbaşa zəng edə biləcəksiniz.
5. Bütün gələn və çıxan zənglər üçün vahid sistemdən istifadə edin. VirtualATS Sizə bu imkanı yaradır - hər bir işçinin masasının üzərində telefon olur və zəng edir/qəbul edir. Bu texnologiya vasitəsilə artıq hər şey daha rahat və sürətlidir.
6. Əməkdaşlarınıza zəng barədə şərh qoymağı tapşırın. Əgər işçilərinizin sayı 4 nəfərdən çoxdursa və ya ofislər fərqli yerlərdə yerləşirsə, bu həll sizin üçün yardımçı olacaqdır. Müştərinin zəngetmə səbəbini və suallarını şərhdə qeyd etməklə işçilər arasındakı ünsiyyəti 10 dəfə asanlaşdırmış olacaqsınız.
VirtualATS internet vasitəsilə bulud texnologiyasını istifadə edərək işləyən proqram təminatıdır və təkcə zəng etmək-qəbul etmək funksiyasını yerinə yetirmir. Onunla bir çox işlər görmək mümkündür - işçilər arasında yönləndirmə, danışıqların yazılması, daxil olan zənglər əsasında təhlil və s.
VirtualATS - şirkətlərə daha çox satış etməyə, işçilərə daha yaxşı nəzarət etməyə və müştərilərə daha keyfiyyətli xidmət göstərməyə imkan yaradan bir alətlər toplusudur.
VirtualATS-in əsas rəqibi fiziki ATS-dir və əsas fərqləri bunlardır:
1. VirtualATS üçün bahalı avadanlıq almaq və onu ofisdə saxlamağa ehtiyac yoxdur. Hər şey provayderdə yerləşir.
2. Bu avadanlığın qurulması(həmçinin yenidən qurulması) üçün pul və əsəb israf etməyə ehtiyac yoxdur. Hər şey təchizatçı tərəfindən pulsuz və sürətli formada yerinə yetirilir.
3. VirtualATS bir çox imkanları özündə birləşdirir - xüsusi əməkdaşlar və əlavə xərclər olmadan istifadəçiləri əlavə edə və silə, nömrələri qoşa və söndürə, daxili xətti dəyişə bilərsiniz.
VirtualATS şirkətlərin daha yaxşı və daha çox satması üçün yaradılmış xidmətdir, 012 488 6606 ilə əlaqə saxlayın və bu gündən əməkdaşlarınıza daha ciddi nəzarət etməyə başlayın.