“Geri zəngetmə” vidjeti saytda yerləşdirilən bir formadır. Bu formada istifadəçi öz telefon nömrəsini və istədiyi vaxtı qeyd edir. 20 saniyədən sonra zəng proqram tətbiqinə və ya menecerin mobil nömrəsinə gedir, menecer telefonu götürdükdə isə müştəriyə bağlanır. Əgər abonoment danışmaq üçün uyğun deyilsə, o zaman ona uyğun bir olan bir vaxtı qeyd edə bilər.
Vidjet ekran görüntüsünə uyğun olaraq göstərilir – saytda müəyyən edilmiş vaxt, sayta olan konkret ziyarətlər, sayta baxma müddəti və s.
“Zəng et” vidjeti(To Call) və ya “Mənə zəng et” düyməsi real WebRTC(Web Real-Time Communication) texnologiyasına əsaslanır.
Saytdakı ziyarətçi düyməni klikləyəndə dərhal şirkətin menecerinə bağlanır. Menecer zəngi proqram vasitəsilə qəbul da edə bilər və ya zəngi başqa nömrəyə yönləndirə bilər.
Bəs aradakı fərq nədir?
Ziyarətçi(başqa sözlə, sizin potensial müştəriniz) “mənə zəng et” düyməsini klikləyir. Bu anda məhz müştəri aktiv olur.
Müştəri “geri zəngetmə” vidjeti formunu doldurur, zəng isə biznes nümayəndəsi tərəfindən həyata keçirilir, buna görə də məhz şirkət aktiv olur. Beləliklə, forma ziyarətçinin hərəkətlərini təhlil edir və ən lazımi anda(müəyyən parametlərə əsasən) görünür.
Təcrübə göstərir ki, “zəng et” vidjeti məhsulların satışı və dəstəyi üçün ən yaxşı formada istifadə olunur – onun vasitəsilə qiymətlər, necə işlədiyi, məhsulların xarakteristikası öyrənilir.
“Geri zəngetmə” vidjeti ziyarətçilərin alıcıya çevrilməsi üçün tez-tez istifadə olunur.
Əlverişli parametrlər vasitəsilə siz həmçinin sizə sadiq müştərilərə istiqamətlənə bilərsiniz.
Məsələn, şirkət sırf kofe maşını satışı ilə məşğuldursa, bu gerizəng forması sırf kofe maşınlarının əks olunduğu səhifələrə və ya 4-dən çox səhifəyə baxan müştəriyə göstərilə bilər. Vidjetin parametrlərində həmçinin veb səhifədə siçanın hərəkət intensivliyini də seçə bilərsiniz.
Xarakteristika | Geri zəngetmə vidjeti | Zəng et vidjeti |
Niyə lazımdır? | Çevrilmə | Geri əlaqə |
Vidjetin dəyəri | Pulsuz | Pulsuz |
Zəngin dəyəri | Çıxan zənglərə görə (əgər meneceriniz propqram və ya tətbiq vasitəsilə zəngi qəbul edirsə) | Pulsuz (əgər menecer zəngi internet vasitəsilə qəbul edirsə) |
Ziyarətçi tərəfindən olan tələblər | Yoxdur | Mikrofon və ya qulaqcığın olması, WebRTC brauzerin köhnə versiyalarını dəstəkləmir |
Dizayn | Şablonlar və unikal dizayn qurmaq imkanı | Şablonlar və unikal dizayn qurmaq imkanı |
Quraşdırma müddəti | 2 dəqiqə | 2 dəqiqə |
Zənglərin statistikası | Var | Var |
Danışıqların qeydi | Var | Var |
Səsli menyu | Yoxdur | Var |
CRM ilə inteqrasiya | Var | Var |
Zənglərin məhdudlaşdırılması | İP ünvan üzrə qara siyahı | Yoxdur |
İş vaxtı | Var | Avtomatik cavablandırıcını(автоответчик) işləməyən vaxtlarda aktiv etmək imkanı var |