Kiçik və orta bizneslərdə bulud texnologiyasından istifadə etməyin 5 əsas üstünlüyü

24-04-2020

Kiçik və orta bizneslərdə bulud texnologiyasından istifadə etməyin 5 əsas üstünlüyü

Zaman keçdikcə hətta dövrünün ən müasir texnologiyası köhnəlir və yenisi ilə əvəz edilir, buna görə şirkətlər sürətlə dəyişən tələblərini ödəmək üçün daim innovativ texnologiyalar axtarışındadır. Dünyada artıq şirkətlərin fiziki infrastrukturdan imtina edərək bulud texnologiyalarına keçid trendi yaşanır. Böhran və post pandemiya dövründə bu trend Azərbaycanda daha sürətlənir, artıq bir çox şirkət rabitə üzrə innovativ ehtiyaclarını VirtualATS ilə təmin edir. Ənənəvi formada fiziki rabitə stansiyası şirkətin ofisində, müasir formada isə bulud operatorunun data mərkəzində yerləşir. Şirkət daxili və xarici rabitə vasitəsilə yeni müştərilər qazanmaq, olanları məmnun etmək, xərcləri azaltmaq, işçilərə nəzarət etmək və s. kimi məqsədlərə nail olur.

Bulud əsaslı VirtualATS xidmətinin əsas 5 üstünlüyü ilə daha yaxından tanış ola bilərsiniz:

Məhsuldarlığın artması
Fiziki ATS-in quraşdırılması və xidmət göstərməsi xeyli vaxt alır. Onun üçün mütləq texniki biliklərə malik işçi çağırılmalıdır. ATS-də hər hansı dəyişiklik etmək lazım gəldikdə hər dəfə texniki işçini çağırmaq lazım gəlir. Yeni işçi gəldikdə, kimsə işdən çıxarıldıqda, şöbənin strukturu dəyişdikdə və s. Həmçinin texniki işçi də dərhal gəlmir. Nəticədə xeyli vaxt itirilir və pul xərclənir. Buludda xidmət göstərən telefoniya isə daha sürətlidir. Yəni dəyişiklik edərkən texniki işçi çağırmağa ehtiyac qalmır. Həmçinin VirtualATS işin davamlılığını artırır. Belə halda daha az pozulma halları baş verir, pula və vaxta qənaət edilir.
O, satışı sürətləndirir və daha çox satmağa imkan verir. VirtaulATS vasitəsilə gələn və gedən zənglərə nəzarət etmək, statistika toplamaq, cavabsız qalmış zənglərə fokuslanmaq mümkündür.

Səmərəli effektivlik
Ənənəvi ATS avadanlıq baxımından böyük xərclər tələb edir. VirtualATS nə böyük xərclər, nə də proqram təminatı tələb etmir. Lakin bəzən İP telefoniya və İP şlyuzların əldə edilməsi lazım gələ bilər. Bu xərcləri bir neçə ayda ödəmək mümkündür.

Rahat yerləşmə və istifadə
Bir neçə ofisdən ibarət şirkətlərdə kommunikasiyada çətinliklər ortaya çıxır. VirtualATS isə bütün işçiləri vahid məkana bağlamadan vahid şəbəkəyə bağlayır. Əhmədli ofisindəki satış meneceri Baş ofisə marketoloqa bir başa zəng edir, bu cür rahat kommunikasiya şirkətin inkişafına öz töhfəsini verir.

Fərdi təkliflərin yaradılması
Məlumatların təhlili və bulud texnologiyası birlikdə vəhdət təşkil edir. Şirkət müştərilərlə danışıqları qeyd edir və dinləyir, statistik təhlillər aparır və şirkətə qarşı simpatiya/antipatiyaları aydınlaşdıra bilir. Belə halda yeni fərdi təkliflər yaradılır.
Bunu unutmayın ki, "Müştəri qiyməti deyil, xidməti daha uzun müddət xatırlayır" (Lauren Friedman).

Etibarlılıq və təhlükəsizlik
Təbii fəlakət olduğu hallarda belə bulud texnologiyası hesabına işin fəaliyyəti dayanmır. İşçilər zəngləri edir/qəbul edir, itirilmiş zənglər üzərində işləyir və s.
Kənarda nə baş versə belə, şirkət VirtualATS hesabına bütün sifarişləri vaxtında qəbul edə bilir.