Rəqəmsal ATS-ə effektiv və səmərəli keçməyin yolları

03-06-2021

Rəqəmsal ATS-ə effektiv və səmərəli keçməyin yolları

Hər hansı bir şirkətlə telefon vasitəsilə əlaqə yaratmaq şirkətin daxili ilə xarici arasında ilk təmas nöqtəsidir. Buna görə də ilkin təəssürat çox önəmlidir. Günümüzdə zəng edən şəxslərin əksəriyyəti cavab gözləyirlər və cavabsız zəng qəbul edilməz hesab olunur. Bundan əlavə, həmçinin bir çox zəng edənlər müxtəlif kommunikasiya vasitələrindən, ənənəvi PSTN zənglərindən, çağrı mərkəzlərinə internet girişindən, xüsusi tətbiqlərdən və sosial media üzərindən rəqəmsal interfeysdən istifadə etmək istəyirlər.
Beləliklə, rəqəmsal ATS-lərin meydana gəlməsi bütün bizneslərə vahid rabitə sisteminin bir hissəsi kimi rəqəmsal telefoniyaya keçməyə icazə verdi. Xərclərə qənaət, biznes profilini inkişaf etdirmək və müştəri xidməti səviyyəsinin yüksəldilməsi rəqəmsal ATS-in başlıca üstünlüklərindən biridir. 
Rəqəmsal ATS insanlarla texnologiyanı özündə əhatə edir. Bunu səmərəli və effektiv formada etmək hər iki elementin ətraflı nəzərdən keçirilməsini tələb edir. 
Yeni ATS ilkin periodda təşkilatın daxili və xarici əlaqələri üçün kritik olacaq. İşçi heyət ilk gündən ondan necə istifadə olunduğunu bilməlidir və işin tələblərinə cavab verməsi üçün əməliyyatların yenidən qurulmasına ehtiyac ola bilər.
Bütün layihələrdə olduğu kimi burada da 3 əsas addım var:
  1. Planlama
  2. İcra
  3. Dəyişikliklər
ADDIM 1: PLANLAMA
Bütün yeni layihələrdə olduğu kimi uğura çatmaq üçün məqsəd və tədbirləri öncədən müəyyənləşdirmək lazımdır. 
Burada diqqət olunmalı bəzi məqamlar var:
  • İşçilərin prosesə cəlb olunması mütləqdir
  • Təhsil və təlim layihənin həyata keçirilməsində açar rolunu oynuyur
İstifadəçilərin yeni sistemin xüsusiyyətləri və funksiyaları haqqında maariflənməsi üçün seminarlar keçirə bilərsiniz. Hər bir istifadəçiyə masaüstü telefonla necə işləyəcəyi barədə məlumatları özündə əks etdirən A4 vərəqdə təlimat verilməlidir. 

Əməliyyat dəyişiklikləri
Rəqəmsal ATS tərəfindən təqdim olunan yeni funksiyaları və onları tətbiq etmək üçün əməliyyat prosedurlarını nəzərdən keçirmək lazımdır. 

İstifadəçinin təyin olunması
  • Təşkilatın telefon siyahısını yaradın
  • Yeni telefon sisteminin hər bir istifadəçisi üçün giriş kodu və təhlükəsizlik parametrləri təyin edin(məsələn, “yalnız yerli zənglər”, “yerli və regional zənglər”, “məhdudiyyət yoxdur”).
  • Zənglərin cavablandırılması üçün qruplar yaradın və onların işinə nəzarət edin(məsələn, satış şöbəsinə zəng gəldikdə eyni anda satış şöbəsinin bütün işçilərinə zəng gəlsin və ya növbəli şəkildə).
  • Əgər billing sistemindən istifadə edirsinizsə, hər bir istifadəçinin sistemdə düzgün təyin olunduğuna diqqət edin. Zənglərin qiymət hesabatlarının düzgün olub-olmadığını yoxlayın.
Korporativ şəbəkə icmalı
  • Bütün telefon qurğularının yerini göstərən xəritə tərtib edin
  • Hər bir telefonun internet bağlantısına ehtiyacı olacaq. Təcrübədən və məkandan asılı olaraq bu Ethernet və ya WiFi ola bilər.
  • Hər bir telefonun enerjiyə ehtiyacı var. Ethernet mühitində PoE-dən istifadə edilə bilər. Buna görə də bütün çeviricilər PoE qabiliyyətinə sahib olmalıdır. Əgər maliyyə cəhətdən çeviriciləri dəyişmək mümkün deyilsə, onda PoE injektorlarından istifadə edə bilərsiniz.
  • Bəzi cihazlarda, xüsusilə, köhnə modemlərdə, fax aparatlarında və siqnalizasiya sistemlərində rəqəmsallıq qabiliyyəti yoxdur. Onları əvəz etmək və ya mövcud PSTN ilə analoq bağlantıya qoşulu olduğundan əmin olmaq üçün mühafizəyə ehtiyac vardır. Bu əsasən siqnalizasiya sistemləri üçün vacibdir. 
  • Şəbəkə mərkəzində yeni quraşdırmanı dəstəkləmək üçün kifayət qədər  yerin, enerjinin və şəbəkənin olduğundan əmin olun.
  • ATS-lər zərərli proqramlar və şəbəkəyə nüfuz etmək istəyənlər üçün giriş nöqtəsi ola bilər. Buna görə də hər dəfə yeni şəbəkə tələblərinə baxmaq mütləqdir. 
  • Tapşırıqlar, vəzifələr və vaxt şkalalarından ibarət tətbiq planı hazırlayın.
ADDIM 2: İCRA
Yeni infrastrukturu istifadəyə vermək, telefonları quraşdırmaq və istifadəçi təlimləri keçirmək üçün standart layihə təlimatlarından istifadə edin.

ADDIM 3: DƏYİŞİKLİKLƏR
Bu kritik bir əməliyyatdır və onu elə planlaşdırmaq lazımdır ki, təşkilatın işində yarana biləcək fasilə minimum olsun. Çünki daxili və xarici kommunikasiyanın itməsi təşkilata böyük zərər verə bilər. 
Təşkilatın işindən asılı olaraq bunu həftəsonları etməyiniz daha məqsədəuyğundur. Hər hansı bir problem əməliyyatın qarşısını aldıqda işi operativ həll etmək üçün öncədən geriçəkilmə planı hazırlayın. Hər şeyin qaydasında olduğundan əmin olun.
Dəyişiklikləri səmərəli və effektiv həyata keçirmək üçün hər zaman düzgün plan hazırlamaq lazımdır. İş yerində olan dəyişikliklərlə bağlı işçi heyət hər zaman məlumatlandırılmalıdır.