Şirkətimiz inkişaf etdikcə bəzi qaydalara düzəliş və yeniliklər etməyimiz mütləqdir, xidmətlərin ödəniş qaydaları və endirimlər haqqında son yenilikləri diqqətinizə çatdırırıq
İP telefoniya quraşdırılması. Üstünlükləri nələrdir? İP telefoniya şirkətlərin müasir kommunikasiya tələblərinə cavab verən, təhlükəsiz və inkişaf etmiş texnologiyadır. Şirkətlər telefon və faksdan ibarət ənənəvi kommunikasiya vasitələri ilə öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Aparıcı şirkətlər bu ehtiyaclarını daha müasir İP telefoniya quraşdırmaqla həll edirlər.
Çağrı Mərkəzinin proqram xüsusiyyətləri (zənglərin yönləndirilməsi, İVR menyunun olması və s. bu kimi xüsusiyyətlər) orta iş müddətini azaldır, zəng edən abonentlərə isə tez bir zamanda kömək edir.
İP Telefoniya nədir? Günümüzdə rabitə ehtiyaclarımız mobil telefonlar vasitəsi ilə ödənilir. Ancaq, korporativ sektor bütün biznes proseslərini nəzarət etməsi üçün daxili telefon sistemləri üçün daim xüsusi bilikli mütəxəssislərə və avadanlıqlara ehtiyac var, bu isə çox yüksək qiymətlərə başa gəlir. Bulud əsaslı sistemdə bunların heç birinə ehtiyac olmadan telefon xidmətindən istifadə etməyə imkan verir.
Çağrı mərkəzinizi buluda köçürmək üçün 7 səbəb Ənənəvi İP telefoniya şəbəkəsi, sürətlə dəyişən iş dünyasının ehtiyaclarına cavab verə bilirmi? İnvestisiya dəyəri, texniki işçilərə olan ehtiyac, inteqrasiya xərcləri, sürət problemləri… Ənənəvi İP telefoniya şəbəkəsi həm günün tələbatını ödəyə bilmir, həm də inkişaf edən texnologiyalarla ayaqlaşa bilmir. Bulud texnologiya əsaslı VirtualATS həlləri ilə tariflər arası keçidlər və sürətli müştəri təcrübəsi yaradın. Çağrı mərkəzinizi modern texnologiya ilə idarə edin. İP telefoniya şəbəkəsini buluda köçürmək üçün 7 səbəb:
Əgər yüksək performanslı komandaya sahib olmaq istəyirsinizsə, onları bir çox vasitələrlə təmin etməlisiniz. Bulud telefon sistemi işçiləri masa arxasında oturmaqdan azad edir. Siz VoİP telefon sisteminə keçərək biznesinizin məhsuldarlılığının artırılması üçün investisiya etmiş olursunuz.
İnteractive Voice Response elə bir texnologiyadır ki, zəng edən şəxsi operatorla danışmamışdan öncə məlumatlandırır və onu düzgün operatora yönləndirir. VirtualATS vasitəsilə müştərilərinizin zənglərini asanlaşdıra bilərsiniz.
Əgər biznesinizə VoİP telefon sistemini daxil etmək istəyirsinizsə, aldığınız sistem haqqında bilməli olduğunuz bəzi məqamlar vardır ki, onları bu məqaləmizdə sizinlə bölüşəcəyik.
"SİP" bir abreviaturadır və Sessiya Təsisi Protokolu(Session İnitiation Protocol) deməkdir. Ümumilikdə, kompüter elmlərində və telekommunikasiyada protokol – 2 sistem arasındakı “anlaşılmazlığın” qarşısını alan qlobal şəkildə qəbul edilmiş qaydalar toplusudur.
Şirkətiniz üçün VoİP telefonun seçilməsinin bir neçə üstünlükləri var. VoİP sistemlərinin müxtəlif olması və seçimin çoxluğu bütün telefonların sizə uyğun olması demək deyil.
Günümüzdə VoİP üzərindən səsin ötürülməsi hesabına danışıqlar daha aydındır və yalnız internet bağlantısı tələb edir. Bütün bunları mümkün edən kodeklərdir.
Hər hansı bir şirkətlə telefon vasitəsilə əlaqə yaratmaq şirkətin daxili ilə xarici arasında ilk təmas nöqtəsidir. Buna görə də ilkin təəssürat çox önəmlidir. Günümüzdə zəng edən şəxslərin əksəriyyəti cavab gözləyirlər və cavabsız zəng qəbul edilməz hesab olunur. Bundan əlavə, həmçinin bir çox zəng edənlər müxtəlif kommunikasiya vasitələrindən, ənənəvi PSTN zənglərindən, çağrı mərkəzlərinə internet girişindən, xüsusi tətbiqlərdən və sosial media üzərindən rəqəmsal interfeysdən istifadə etmək istəyirlər.
Telefon xətti anlayışı ənənəvi stasionar telefon sistemlərindən gələn köhnə bir termindir. Bundan əlavə əksər bizneslərin öhdəliyinə götürdüyü VoİP xidmətlərinin geniş istifadə edildiyi indiki müasir dövrdə bu tanlayış bir çox fərqli kontekstlərdə işlənir. Ofis daxilində nə qədər VoİP xəttəinə ehtiyacımız var? Əgər siz bir telefon xəttini,bir neçə uzantını necə quracağınızı öyrənmək istəyirsinizsə, o zaman sizə lazım olanı məqaləni oxuyursunuz.
Xidmətlərin rahat alışı, həmçinin yaranan texniki problemlərin, istənilən növ sorğuların operativ həlli üçün müştərilərimizə https://my.azerizone.net/ portalını istifadəyə verdik. Burada yaradılan sorğular real-taym həm texniki, həm də korporativ şöbənin əməkdaşlarına çatır və bu da imkan verir ki, texniki şöbənin əməkdaşları yaranan texniki problemləri sürətli həll etsin və ya sorğulara cavab versin.
“Geri zəngetmə” vidjeti saytda yerləşdirilən bir formadır. Bu formada istifadəçi öz telefon nömrəsini və istədiyi vaxtı qeyd edir. 20 saniyədən sonra zəng proqram tətbiqinə və ya menecerin mobil nömrəsinə gedir, menecer telefonu götürdükdə isə müştəriyə bağlanır. Əgər abonoment danışmaq üçün uyğun deyilsə, o zaman ona uyğun bir olan bir vaxtı qeyd edə bilər.
Bir çox hallarda müştəri hər hansı bir şirkətə zəng vurur və bir müddət yalnız qudok səsinə qulaq asaraq xəttdə gözləməli olur. Əgər müştəri bu vəziyyətdən sıxılıb dəstəyi asırsa, bu biznesiniz üçün itkiyə səbəb ola bilər.
Bu məqaləmizdə VoIP şlyuzların iş prinsipi, ondan niyə istifadə olunduğu, növləri və şirkətdə mövcud olan analoq telefonların VoIP şəbəkəyə necə qoşulacağı haqda danışacağıq.
CRM müştərilərlə qarışılıqlı əlaqənin idarə edilməsi sistemidir ki, bu da birbaşa biznesin idarə olunmasına təsir edir. O, “Müştəri mərkəzdədir” prinsipinə əsaslanır. Bütün proseslər ondan asılıdır. CRM ilə işləyərək müştərilərin ehtiyaclarını öyrənərkən öz məhsullarınızı təkmilləşdirirsiniz.
Take away formatında çalışan beynəlxalq restoranlar şəbəkəsi özünü niyə IT holdinq hesab edir? Çünki əməkdaşlarının əksəriyyəti distant işləyir, istifadə olunan İT infrastruktur isə yeni biznes istiqamətlərini rahat başlamağa imkan yaradır.
Təsəvvür edin ki, müştəri şirkətə zəng vurur amma xəttlər məşğuldur və ya artıq 5 dəqiqədən çoxdur ki, növbədə gözləyir. Belə bir hal müştəri üçün heç də xoş olmaz. Müştərinin ilk dəfədən zənginə cavab vermək üçün çox kanallı telefon nömrəsindən istifadə etmək üstünlükdür.